Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İsraildə Hizbullaha hücum vaxtı ilə bağlı fikir ayrılığı yaşanır

    8 Noyabr 2025 17:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsraildə Hizbullaha hücum vaxtı ilə bağlı fikir ayrılığı yaşanır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin “Yediot Ahronot” qəzeti cümə günü axşam yazıb ki, Hizbullaha qarşı hansı səviyyədə və hansı formada eskalasiyaya gediləcəyi barədə ölkə daxilində ciddi fikir ayrılığı yaranıb. Bu məlumat cənub Livana hava zərbələrinin artdığı bir vaxtda dərc olunub.

    “İsrailin çıxılmaz vəziyyəti: Hizbullah nə vaxt vurulacaq?” başlıqlı məqalədə adı açıqlanmayan hərbi mənbələrə istinadən bildirilir ki, təhlükəsizlik qurumlarında iki fərqli mövqe formalaşıb - bəziləri “Hizbullah”ın qabiliyyətlərini tamamilə iflic etmək üçün zərbələrin gücləndirilməsini tələb edir, digərləri isə gərginliyin genişmiqyaslı müharibəyə çevrilməməsi və beynəlxalq dəstəyin qorunması üçün indiki məhdud əməliyyatların davam etdirilməsini müdafiə edir.

    Mənbələr iddia edir ki, son həftələr “Hizbullah” əvvəlki müharibədəki itkilərdən sonra hərbi və iqtisadi infrastrukturunu bərpa etməyə çalışır. Bu isə İsrailin təhlükəsizlik orqanlarında narahatlıq yaradıb. İsrail kəşfiyyatının Livanın cənubunda “təlimlər, silah daşınması və şəbəkələrin bərpası” ilə bağlı məlumatlar əldə etdiyi bildirilir.

    Qəzet yazır ki, Livan dövləti İsrailin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, “Hizbullah” üzərində real nəzarət qura bilmir. Beyrutdan isə buna dair rəsmi şərh verilməyib. 5 avqustda ABŞ və İsrailin təzyiqi fonunda Livan hökuməti bütün silahların yalnız dövlətin nəzarətində olmasını qərara almışdı.

    Cümə axşamı İsrail ordusu Livanın cənubundakı bir neçə yaşayış məntəqəsinə ardıcıl hava zərbələri endirib. Bu zərbələrdən öncə sakinlərə genişmiqyaslı təxliyə xəbərdarlığı edilib - bu, atəşkəsdən bəri ən böyük xəbərdarlıq olub.

    “Yediot Ahronot” yazır ki, ordunun son bir ayda onlarla zərbə endirdiyi bildirilir və hədəflər arasında silah anbarları və Tsur şəhəri yaxınlığında raket istehsal obyektləri də var.

    Qəzet adı açıqlanmayan yüksək rütbəli hərbçidən sitat gətirir:
    “Hizbullah əvvəlki gücündə deyil, sahə komandirlərinin böyük hissəsini itirib, amma raket təhlükəsi hələ də qalır. İsrail hazırda Livanın ərazisində mövqelər tutur.”

    Hərbi mənbələr bildirir ki, İsrail “Hizbullah”a ağır zərbə endirmək üçün geniş plan hazırlayıb, lakin bunun üçün siyasi qərar gözlənilir.
    Eyni zamanda xəbərdarlıq olunur ki, hər hansı qarşılıq sərhəddə yeni döyüş mərhələsi başlada bilər. Bu isə qərarın ləngiməsini izah edən əsas səbəblərdən biridir.

    Livan daxilində qarşıdurma

    Cümə axşamı “Hizbullah” Livan Prezidenti Cozef Aun, parlament sədri Nəbih Bərri və Baş nazir Navab Salamın adına məktub göndərərək, “işğala və təcavüzə qarşı müqavimət” hüququnu vurğulayıb.
    Təşkilat bildirib ki, “Livanı müdafiə etmək sülh və ya müharibə qərarı deyil, düşmənə qarşı milli və hüquqi borcdur.”

    Baş nazir Navaf Salam dərhal reaksiya verərək bu mövqeyi rədd edib və bildirib ki, :“Müharibə və sülh qərarı yalnız hökumətə məxsusdur, heç bir tərəfin bu məsələ ilə bağlı ayrıca səlahiyyəti yoxdur.”

    O, İsrailin cənub Livandakı eskalasiyasını “çox təhlükəli” adlandırıb və bildirib ki, ölkə diplomatik və siyasi dəstəyi gücləndirərək, İsrailin tam geri çəkilməsinə və əsirlərin azad olunmasına çalışır.

    Sərhəd bölgəsində gərginlik uzun müddət yalnız ara-sıra hücumlarla davam edirdi. Bu vəziyyət 2024-cü ilin noyabrında atəşkəs razılaşmasından sonra qismən sabitləşmişdi. Lakin 2023-cü ilin oktyabrında başlayan qarşıdurma 2024-cü ilin sentyabrında genişmiqyaslı müharibəyə çevrildi və 4 mindən çox ölüm, 17 mindən çox yaralı ilə nəticələndi.

    İsrail hələ də cənub Livanda son müharibə zamanı ələ keçirdiyi beş strateji təpəni, həmçinin on illərdir işğalda saxladığı digər əraziləri nəzarətdə saxlayır.

    #AzerVoice #İsrail və Hizbullah qarşıdurması #İsrail və Hizbullah müharibəsi #Hizbullah və Livan hökuməti #Hizbullahın siyasi strategiyası #Hizbullah və İsrail döyüşləri #Hizbullah liderinin dəfni #Hizbullahın sərhəd gərginliyinə reaksiyası #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #İran Hizbullah əməkdaşlığı #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #VOA Analitik Təhlil Mərkəzi #livan hizbullah israil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Livanın cənubunda Hizbullaha hücum etdi

    13 May 2026 20:45

    Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir

    7 May 2026 15:00

    İranda son söz kimindir?

    4 May 2026 06:58

    VOA analitik məqaləsi Türkiyə mediasında

    27 Aprel 2026 11:10

    ABŞ və İran İraqa təzyiqlərini davam etdirir: Bağdadda dollar və hökumət savaşı

    21 Aprel 2026 12:00

    İran Livandan imtina edir- Əsəddiz Suriya sonrası silahsız Hizbullah

    20 Aprel 2026 11:25

    İsrail-Hizbullah qarşıdurması: 4 tankın məhv edildiyi iddia olunur

    20 Aprel 2026 11:09

    İsrail ordusu Livanın cənubunda yeni və qalıcı hərbi məntəqələr qurmağa başlayıb

    15 Aprel 2026 22:09

    Məmlük-Səmahə planından bugünkü fitnə ssenarilərinə - Hizbullahın xaos strategiyası

    13 Aprel 2026 22:00

    Diplomatiya ilə eskalasiya arasında - ABŞ-İran danışıqları

    13 Aprel 2026 20:00

    İsrail Nəbatiyədə hökumət binasını vurdu, 13 dövlət rəsmisi həlak olub

    10 Aprel 2026 20:10

    "Hizbullah" və İran üçün "sağ qalmaq" strategiyası: Dövlətin məhvi bahasına hakimiyyəti qorumaq

    9 Aprel 2026 19:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.