#İsrail və Hizbullah müharibəsi

Livanın cənubundakı Mərcayun bölgəsində gərginlik artıb. Hizbullah qruplaşması Kantara qəsəbəsi yaxınlığında İsrail ordusuna məxsus iki döyüş tankına raket zərbələri endirdiyini iddia edib. Qruplaşmanın yaydığı rəsmi bəyanatda bölgə boyu ümumilikdə yeddi İsrail tankının hədəf alındığı qeyd olunur. İsrail ordusu hələlik bu iddialarla bağlı hər hansı rəsmi açıqlama verməyib.

İsrail ordusu Hizbullahın iqtisadi sütunu hesab edilən "Al-Qard Al-Hasan" assosiasiyasına qarşı genişmiqyaslı və sistematik hərbi kampaniyaya başlayıb. Bu addım qruplaşmanın maliyyə infrastrukturunu çökdürmək və gəlir mənbələrini tamamilə kəsmək məqsədi daşıyır. 2024-cü il müharibəsində hədəf alınan, lakin sonradan fəaliyyətini bərpa edən bu qurum, hazırkı münaqişədə yenidən əsas hədəfə çevrilib. İsrail aviasiyası Beyrut, Beka vadisi və Livanın cənubundakı əksər filiallara intensiv hava zərbələri endirib. İsrail ordusunun sözçüsü Aviçay Adrae bildirib ki, Hizbullah mülki binaların altındakı gizli anbarlarda terror fəaliyyətlərini maliyyələşdirmək üçün milyonlarla dollar nağd vəsait saxlayır.

Livan ordusu açıqlama verərək, ölkənin cənubunda dövlət silah monopoliyasını "effektiv və aydın şəkildə" təmin etdiyini bildirdi, lakin hələ də ərazidə partlamamış sursatların və tunellərin təmizlənməsi üzrə işlərin davam etdiyini vurğuladı. Ordu ilin sonuna qədər cənubda qeyri-dövlət silahlarını təmizləməyi hədəfləmişdi; bu ərazi İsraillə sərhəd bölgəsidir. Məqsəd digər bölgələrə keçməzdən əvvəl cənubda əməliyyat nəzarətini genişləndirmək idi. Bəyanatda, İsrail qüvvələrinin hələ də işğal etdiyi ərazilər istisna olmaqla, cənubda əməliyyat nəzarətinin genişləndirildiyi qeyd olunub.

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qərargah rəisinə qarşı hücum həyata keçirib. Livan Səhiyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, zərbə nəticəsində bir nəfər həlak olub, 21 nəfər yaralanıb. Həlak olan və yaralanan şəxslərin mülki və ya hərbi olması barədə əlavə məlumat verilməyib.

“Hizbullah” və təşkilatın rəhbərliyi hələlik Livanla İsrail arasında birbaşa və ya dolayı danışıqlar məsələsində açıq mövqe bildirmir. Prezident Cozef Aunun Livanın danışıqlara hazır olduğunu elan etməsindən iki həftə keçsə də, partiya tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. Məlumata görə, Livanın rəsmi instansiyaları atəşkəsin monitorinqi üçün yaradılmış “Mexanizm komitəsi”nin genişləndirilməsinə, komitəyə mülki şəxslərin daxil olmasına razılıq verib. Bu qurumun İsraillə dolayı danışıqları aparması nəzərdə tutulur. Lakin bu barədə rəsmi bəyanat yayılmayıb. Eyni zamanda bildirilir ki, Livan, İsrailin mövqeyini gözlədiyi üçün açıqlama vermir. Əgər İsrail danışıqlara razı olmasa, Beyrut tərəfinin mövqeyi siyasi cəhətdən çətin vəziyyət yarada bilər.

Qətlindən əvvəlki dövrdə, “Hizbullah”ın sabiq baş katibi Həsən Nəsrullah inanırdı ki, “dəstək müharibəsi” (yəni İsrailə qarşı cəbhə yardımı) sona qədər “toqquşma qaydaları” çərçivəsində qalacaq və İran Livanda 40 illik “İslam Müqaviməti”ni asanlıqla qurban verməyəcək. Lakin bir sıra səhv hesablamalar, partiyanın müharibə ilə bağlı həlledici qərarlar qəbul etməsinə mane oldu. 2024-cü ilin sentyabrına qədər isə bu müharibə artıq qanlı və hərtərəfli qarşıdurmaya çevrilmişdi.

Avqust ayının sonunda İrandan yüksək rütbəli bir iraqlı rəsmiyə göndərilən məktubda ölkənin qərbindəki rəsmi sərhəd-keçid məntəqəsindən qeyri-adi güzəştlərin göstərilməsi istənilib. Məqsəd Livan “Hizbullah”ına Suriyadan keçməklə böyük məbləğdə pul daşınmasını təmin etmək idi. Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iraqlı rəsmi bildirib ki, müraciətə təhlükəsizlik və siyasi səbəblərdən müsbət cavab verilməyib. Suriyalı və livanlı mənbələrin məlumatına görə, son həftələrdə İranın “Hizbullah”a yardım göndərmək cəhdləri artıb. Qaçaqmalçılıq əməliyyatlarının bir qismi ifşa edilsə də, müəyyən məbləğlərin gizli şəbəkələrin köməyi ilə Livana çatdığı iddia olunur. ABŞ isə hazırda milyonlarla dolların necə “Hizbullah”a ötürüldüyünü izləməyə çalışır.

Hizbullah lideri Naim Qassem televiziya çıxışında tərksilahla bağlı açıqlamalar verərək, “Bizi İsraildən qoruyan silahlarımızdan heç vaxt əl çəkməyəcəyik,” - deyə bildirib. ​ Qassem, İsrailin Livan ərazisindəki beş strateji nöqtədəki işğalını davam etdirdiyini vurğulayaraq, “İsrail Livanda qala bilməyəcək və genişlənmə layihəsini həyata keçirə bilməyəcək,” ifadəsini istifadə edib. O, hökumətin silahların dövlət inhisarına verilməsi qərarını konstitusiyaya zidd sayaraq, ABŞ-ın Livanın müdafiə silahlarını bloklamaq cəhdlərini tənqid edib. Qassem, Hizbullahın Livan ordusunu dəstəklədiyini, lakin ordunun ölkə müdafiəsində əsas məsuliyyət daşıyıcısı olması gerektiğini bildirib. O, Hizbullahın İsrail hücumlarına qarşı reaksiya verdiyini, hücumların qarşısını almaqdan daha çox onların qarşısını almağa yönəldiyini qeyd edib.

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.

Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.