Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Qəzzada “HƏMAS”la döyüşən silahlı qrupların aqibəti necə olacaq

    16 Oktyabr 2025 08:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada “HƏMAS”la döyüşən silahlı qrupların aqibəti necə olacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.

    “Əbu Şəbab” qrupu

    Hazırda “Əbu Şəbab qrupu” və ya “HƏMAS”ın adlandırdığı kimi “Əbu Şəbab dəstəsi” Rəfah şəhərində İsrailin nəzarətində qalan bölgələrdə mövqe saxlayır. Qrupun hücumları dayanıb, lakin müharibə xaosundan yararlanaraq bəzi ərazilərdə qarışıqlıq yaratmağa çalışır. “HƏMAS” açıq şəkildə bu qrupun İsrailin maraqlarına xidmət etdiyini iddia edir. Əbu Şəbab isə özünü “xalq qüvvələri” adlandırır və İsraillə əlaqəsini inkar etsə də, sonradan qismən bunu etiraf edib.

    Əbu Şəbab əvvəllər “HƏMAS” polisi tərəfindən cinayət əməllərinə görə həbs edilmiş, siyasi tanınırlığı olmayan şəxs idi. Onun qrupu xüsusilə İsrail ordusunun fəaliyyətdə olduğu zonalarda yardım maşınlarını qarət etməklə tanınmağa başladı. “HƏMAS”ın əməliyyatları nəticəsində onun qardaşı öldürülüb. Qrup hələ real təhlükə yaratmasa da, “HƏMAS” öz hakimiyyətini nümayiş etdirmək üçün ona qarşı əməliyyatlar aparır və gələcəkdə daha sərt zərbələr planlaşdırılır.

    Hussam əl-Əstəl qrupu

    Cənub-şərqi Xan Yunisdə - Qizan ən-Nəccar, Cürət əl-Lut və əl-Manara bölgələrində fəaliyyət göstərir. Təxminən 40 silahlıdan ibarətdir. Bu ərazilərdə İsrail qoşunlarının fəaliyyəti davam edir. Məlumatlara görə, əl-Əstəl əvvəlcə Əbu Şəbabın dəstəsindən ayrılıb öz qrupunu yaradıb. Qısa müddət sonra qəbilə ağsaqqalları vasitəsilə barışıq əldə olunub və ailə üzvləri qeyri-qanuni silahlarını “HƏMAS” təhlükəsizlik qüvvələrinə təhvil verməyə razılaşıblar.

    Mərkəzi Qəzza: “Əbu Xəmaş” və “Əbu Muğsib” dəstələri

    Deyr əl-Bələh bölgəsində, atəşkəsdən öncə və mart ayında müharibənin yenidən başlamasından sonra iki silahlı qrup meydana çıxmışdı. Lakin “HƏMAS”ın hücumları nəticəsində onların çoxu məhv edildi, bir neçəsi yaralandı. Daha sonra qəbilə rəhbərləri vasitəsilə qan tökülməsinin qarşısını almaq üçün razılaşma əldə olundu və silahlar təhvil verildi.

    Dəğmiş qəbiləsi

    Qəzza şəhərində və şimal bölgələrində “HƏMAS” üçün ən ciddi çağırışlardan biri Dəğmiş qəbiləsi idi. Bu qəbilə əsasən Tel əl-Həva və əs-Sabrə məhəllələrində yerləşir. Müharibə zamanı “HƏMAS” Dəğmiş ailəsinin üzvlərini “əl-Qəssam” döyüşçülərinə hücum, onların silahlarını və “Yasin-105” qumbaralarını ələ keçirməkdə ittiham etdi. Müharibə başa çatdıqdan sonra qəbilə üzvləri iki “Qəssam” döyüşçüsünü, o cümlədən hərəkat liderlərindən birinin oğlunu qətlə yetirdilər. “HƏMAS” cavab olaraq qəbiləyə qarşı genişmiqyaslı əməliyyat keçirdi - nəticədə 20-dən çox qəbilə üzvü, 6 “HƏMAS” döyüşçüsü öldü. Hadisələrdən sonra onlarla şəxs həbs edildi və bir neçə nəfərin “İsrailə əməkdaşlıqda” ittiham edilərək edam edildiyi bildirildi.

    Rami Həls qrupu

    Dəğmiş qəbiləsi ilə toqquşmalardan bir gün sonra “HƏMAS” Şəcaiyə, Zeytun və Təffah məhəllələrində Rami Həlsin rəhbərlik etdiyi qrupla döyüşdü. İsrail qüvvələrinin geri çəkilməsindən sonra qrupun üzvləri Şəcaiyənin şərq hissəsinə sığındılar, lakin “HƏMAS”ın hücumu nəticəsində bir çoxu öldürüldü və yaralandı.

    Şimal bölgələr: Əşrəf əl-Mənsi qrupu

    Əşrəf əl-Mənsi tərəfindən idarə olunan və onlarla silahlını birləşdirən qrup son iki ay ərzində Cəbaliya, Şeyx Rizvan, ən-Nəsr və Beyt Lahya bölgələrində fəal olub. Qrupun İsrail pilotsuz aparatlarının dəstəyi ilə vətəndaşlara qarşı hücumlar etdiyi, “əş-Şifa” xəstəxanasının yaxınlığında və digər ərazilərdə qarışıqlıq yaratdığı bildirilir.

    İsrailin rolu və “HƏMAS”ın cavabı

    İsrail mediası bir neçə dəfə “HƏMAS”la döyüşən bəzi silahlıların İsraillə əməkdaşlıq etdiyini və onlara tibbi yardım göstərildiyini etiraf edib. “HƏMAS” mənbələri isə bəzi hallarda öldürülənlərin israilli əsgər deyil, “İsrail üçün işləyən yerli muzdlular” olduğunu bildirib.

    Hərəkatın məlumatına görə, hazırda bu qruplara qarşı mərhələli şəkildə əməliyyatlar aparılır və məqsəd “İsrailin maraqlarına xidmət edən bütün silahlı dəstələri tamamilə zərərsizləşdirməkdir”.

    ABŞ prezidenti Donald Tramp bu hadisələrlə bağlı açıqlamasında “HƏMAS iki çox təhlükəli bandanı məhv edib, bu məni narahat etmir, doğrusu, yaxşıdır” - deyə bildirib. İsrail isə rəsmi mövqe bildirməyib. Analitiklərin fikrincə, Təl-Əviv bu qrupları dəstəkləsə də, müharibənin sonunda onları “tərk edib”.

    Nəticə etibarilə, Qəzzada müharibənin bitməsi ilə “HƏMAS” yalnız İsrailin deyil, həm də daxildə formalaşan silahlı dəstələrin yaratdığı təhlükəsizlik boşluğuna qarşı çoxşaxəli mübarizə aparır və hazırda bölgədə nəzarəti bərpa etmək üçün genişmiqyaslı “təmizləmə əməliyyatları” həyata keçirir.

    #Donald Tramp #HƏMAS #Donald Tramp və Qəzza planı #Donald Tramp 2025 siyasəti #Donald Tramp Qəzzə planı #Netanyahu və Donald Tramp görüşü #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #Xan Yunis #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #Yasir Əbu Şəbab #HƏMAS bayıra #bayıra! #Əbu Şəbab dəstəsi #Əbu Şəbab qrupu #Hussam əl-Əstəl qrupu #Əbu Muğsib #Rami Həls qrupu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24
    XƏBƏR LENTİ

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.