Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Türkiyə Suriya ordusunun hazırlanmasına başladı

    8 Sentyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə Suriya ordusunun hazırlanmasına başladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Türkiyə, Dəməşq rəhbərliyi ilə əldə olunan razılaşma çərçivəsində suriyalı əsgərlərə hərbi təlim verməyə başlayıb. Komando və piyada hazırlığı da bu proqramlara daxildir. Təlim alacaq suriyalı hərbçilər daha sonra TSK tərəfindən öz ölkələrində də hazırlığa cəlb olunacaqlar. Türkiyə, Somali və Liviyada həyata keçirilən modelə bənzər şəkildə Suriyada da hərbi məktəb və gizir məktəbi qurmağı planlaşdırır. Bu barədə “Yeni Şafak”a danışan mənbələr belə deyib: “Biz Türkiyə olaraq Suriya ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün təlim və məsləhətçilik edəcəyik. Təlimlərə başladıq, əsgərlərin hazırlığı artıq gedir”.

    Hər cür dəstək veriləcək

    Türkiyə təlim dəstəyinə başlayarkən, Dəməşq hökumətinin 10 mart razılaşmasına əməl etməməsi halında YPG-yə qarşı mümkün müdaxiləsinə də dəstək göstərməyə hazırdır. Məsələyə dair mənbələr Türkiyənin mövqeyini belə izah edib: “Biz dəstək olarıq. Orada indi bir hökumət var. Hökumət öz birliyini, bütövlüyünü qorumaqla məsuldur. Əvvəlki kimi deyil. Keçmişdə bizim əməliyyat apardığımız dövrlərdə bir Əsəd hökuməti vardı, onların ölkəni bir arada saxlamaq niyyətləri yox idi. İndi isə birlik və bütövlük yaratmağa çalışan bir hökumət var. Onlar əvvəl tədbir görəcəklər, biz də dəstək verəcəyik”.

    Tunellər tam nəzarətdədir

    Bununla yanaşı, Suriyada nəzarəti altındakı bölgələrdə 580 kilometr uzunluğunda tuneli məhv edən Türkiyə, YPG-nin son günlərdə gündəmə gələn yeni tunel qazma cəhdlərini də yaxından izləyir. Bölücü təşkilatın Suriya qolu PYD-nin İraqın şimalında mağara qazdığı kimi, Suriyada da düzənlik ərazilərdə tunel qazdığı qeyd olunur. Bu çərçivədə “bəzi yerlərdə yeni qazıntılar var, amma əvvəlki qədər genişmiqyaslı deyil” müşahidəsi aparılıb. Sahədə Dəməşq rəhbərliyi ilə SDQ arasında toqquşmaların yaşanmadığı bildirilir. Tərəflər arasında 10 mart razılaşması hələ də qüvvədədir. SDQ-nin fəaliyyəti ilə bağlı “bəzi yerlərdə möhkəmləndirmə aparırlar. Amma əvvəlki kimi ola bilməsi bir az çətindir” dəyərləndirməsi edilir və bunun səbəbi kimi də indiki Dəməşq hökumətinin mövqeyi göstərilir.

    Bu arada Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya Suriyaya könüllü qayıdışların son vəziyyəti barədə məlumat verib. O, sosial şəbəkə hesabından paylaşımında bildirib.

    “Türkiyə dünən olduğu kimi bu gün də könüllü geri dönüş prosesində suriyalı qardaşlarımızın yanındadır. 8 dekabr 2024-dən sonra Suriyada baş verən hadisələrin ardından könüllü qayıdışlar sürətləndi. Həmin tarixdən etibarən ümumilikdə 474 min 18 suriyalı qardaşımız ölkələrinə qayıdıb. 2016-cı ildən bu yana isə könüllü dönənlərin sayı 1 milyon 213 min 620 nəfərə çatıb. Ölkəmiz miqrasiya idarəçiliyini cənab Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə aparır; tarixi təcrübəsi, humanist yanaşması və rasional baxışı ilə dünyaya nümunə model təqdim edir. Suriyalı qardaşlarımızın könüllü dönüş prosesləri Miqrasiya İdarəmizin koordinasiyası ilə böyük həssaslıqla davam etdirilir”.-deyə o bildirib.

    #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #SDQ və Suriya ordusunun birləşməsi #Türkiyə Suriyada hərbi baza #Türkiyə niyə İsrailin Suriyadakı mövcudluğuna qarşıdır? #SDQ #Mazlum Əbdi və SDQ #Türkiyə və Suriya arasında nəqliyyat sahəsində əməkdaşlıq #Suriya-Türkiyə-Azərbaycan üçtərəfli əlaqələr #İsrail-Türkiyə rəqabəti Suriyada #SDQ (Suriya Demokratik Qüvvələri)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40
    XƏBƏR LENTİ

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.