Türkiyə Milli Müdafiə Nazirliyi Suriyalı qonaq hərbi tələbələrlə bağlı bəzi media qurumlarında yayılan iddialara münasibət bildirib və məlumatları yalanlayıb. Bəyannamədə qeyd olunub ki, Suriyalı hərbi tələbələr “Ortaq Təhsil və Məsləhət Razılaşması” çərçivəsində Milli Müdafiə Universitetində (MSÜ) təhsil alırlar və bu şəxslərin Türkiyə Silahlı Qüvvələrinin heyətlərində xidmət etməsi nəzərdə tutulmur.
#Türkiyə Suriyada hərbi baza
Türkiyə Milli Müdafiə Nazirliyi jurnalistlərin gündəmdəki suallarına cavab olaraq açıqlama yayıb. Açıqlamada bildirilib ki, Suriya hökuməti bütün qurum və bölmələri ilə ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş yenidənqurma işlərini davam etdirir. 13 avqust 2025-ci il tarixində imzalanmış “Ortaq Təhsil və Məsləhət Memorandumu”-ndan sonra, Suriya hökumətinin tələblərinə uyğun olaraq müdafiə və təhlükəsizlik sahəsində potensialın artırılmasına yönəlmiş təlim, ziyarət, məsləhət və texniki dəstək fəaliyyətləri həyata keçirilir.
Türkiyə, Suriyanın sabitliyi və təhlükəsizliyi, eləcə də bölgənin əmin-amanlığı üçün, başda terror təşkilatları ilə mübarizə olmaqla, Suriya hökuməti ilə sıx əməkdaşlığı davam etdirməkdə və ‘Tək Dövlət, Tək Ordu’ prinsipini dəstəkləməkdə qərarlıdır. Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib.
Təlim alacaq suriyalı hərbçilər daha sonra TSK tərəfindən öz ölkələrində də hazırlığa cəlb olunacaqlar. Türkiyə, Somali və Liviyada həyata keçirilən modelə bənzər şəkildə Suriyada da hərbi məktəb və gizir məktəbi qurmağı planlaşdırır. Bu barədə “Yeni Şafak”a danışan mənbələr belə deyib: “Biz Türkiyə olaraq Suriya ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün təlim və məsləhətçilik edəcəyik. Təlimlərə başladıq, əsgərlərin hazırlığı artıq gedir”.
Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) mənbələri bildiriblər ki, Suriya Demokratik Qüvvələri (SDQ) 2025-ci il martın 10-da Suriya hökuməti ilə imzalanmış razılaşmanın şərtlərinə əməl etmir və separatçı ritorika ilə prosesi pozur. Mənbələr qeyd edib ki, SDQ-nin avqustun 8-də Həsəkədə keçirilən konfransda səsləndirdiyi açıqlamalar razılaşmanın prinsiplərinə ziddir. “Terror təşkilatı SDQ-nin təxribatçı və bölücü davranışları Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü pozur. Suriya hökuməti isə bütün etnik, dini və məzhəb fərqlərinə son qoymağı hədəfləyən əhatəli yanaşma nümayiş etdirir.” - deyə bildirilib.
Bu barədə Ticarət naziri Ömər Bolat, Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal Şaar ilə birgə keçirilən Türkiyə-Suriya İqtisadiyyat və Ticarət Birgə Komitəsinin (JETCO) Qurucu Protokolunun imzalanma mərasimində məlumat verib.Nazir Bolat bildirib ki, yeni iqtisadi tərəfdaşlıq vizyonu çərçivəsində ticarət əlaqələrinin daha da genişlənməsi, gömrük qapılarında modernləşdirmə, logistika imkanlarının artırılması və enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Türkiyə və Suriya arasında media sahəsində yeni əməkdaşlıq imkanları müzakirədədir.
İsrail, Suriyada Türkiyənin artan hərbi nüfuzunu zəiflətmək üçün açıq müharibədən yayınaraq hava hücumları və strateji mesajlarla gizli qarşıdurma aparır.