Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Hizbullah və İsrail yeni müharibə ilə üz-üzədir

    6 Avqust 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hizbullah və İsrail yeni müharibə ilə üz-üzədir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Hizbullahın baş katibi Naim Qasim, Livan hökumətinin silahların yalnız rəsmi hərbi və təhlükəsizlik qurumlarının əlində olmasına dair planına qarşı çıxaraq, “İsrail təcavüzü” şəraitində bu planın icrası üçün nəzərdə tutulmuş hər hansı cədvələ razı olmayacağını bəyan etdi. O, İsrailin hücum edəcəyi halda raket atmaqla hədələyib və ABŞ-ın Livana xüsusi nümayəndəsi Tomas Brakı “İsrailin xeyrinə olan tələblər” gətirməkdə ittiham edib.

    Qasimin açıqlaması, hökumətin Hizbullahın silahlarının təhvili üçün vaxt cədvəli müəyyən etməyə çalışdığı iclasla eyni vaxta təsadüf edib və hökumət toplantısına bir cavab xarakteri daşıyıb. O, Livan dövləti ilə İsrail arasında mövcud olan razılaşmadan kənar hər hansı yeni sazişə qarşı çıxdığını vurğulayıb.

    Qasim çıxışında bildirib ki, “müqavimət” 27 noyabr razılaşmasının icrası üçün bütün tələb olunan addımları atıb. Bu razılaşma İsrail ilə Hizbullah arasında 66 gün davam edən genişmiqyaslı müharibəni bitirmişdi. Onun sözlərinə görə, “İsrail razılaşmanı pozdu, ona əməl etmədi və Suriyada baş verən hadisələr İsrailin atdığı addımlara təsir göstərdi, nəticədə onlar razılaşmanı imzaladıqlarına görə peşman oldular.”

    Qasim qeyd edib ki, Livanın marağı suverenliyin bərpası və azadlıqdır, İsrailin marağı isə Livanı zəiflətməkdir. O, ABŞ-ın nümayəndəsi Tomas Brakın təqdim etdiyi təkliflərin “tam şəkildə İsrailin maraqlarına xidmət etdiyini” vurğulayıb.

    O bildirib ki, Hizbullah atəşkəs razılaşmasının bütün bəndlərinə əməl edib və İsrailə qarşı heç bir pozuntu qeydə alınmayıb. Brakın təkliflərinin Livanın hərbi gücünü əlindən almağı və ordunun effektiv silaha sahib olmasının qarşısını alacağını deyən Qasim, ABŞ təmsilçisinin hətta əl qumbaraları və minaatanlar kimi sadə silahların da 30 gün ərzində təhvil verilməsini istədiyini açıqlayıb.

    Brakın planına görə, İsrail ilkin mərhələdə beş nöqtədən geri çəkilməli, 60-90 gün ərzində isə əsir mübadiləsinə başlanmalıdır. Qasimin sözlərinə görə, bu, “Livanı gücsüzləşdirmək” deməkdir.

    O, Livan hökuməti ilə yeni razılaşma imzalamaq niyyətində olmadığını, yalnız əvvəlki anlaşmaya sadiq qalacaqlarını vurğulayıb. Qasim “İsrailin təcavüzü altında” Livanın tədricən gücündən imtina etməsini qəbul etməyəcəklərini, əksinə, bütün güc kartlarının İsrailin əlində qalacağını söyləyib.

    O, hökumətə müraciətlə sual edib: “Nazirlik bəyanatının üçüncü maddəsinə görə, müqavimətdən imtina etmək, İsrailə təslim olmaq və silahı təhvil vermək suverenliyi qorumaq deməkdir?” Qasim əlavə edib ki, əgər dövlət müdafiə edə bilmirsə, “onda gəlin mövcud gücü qoruyaq və inkişaf etdirək.”

    O, hökumətdən işğalı dayandırmaq, məhbusların azad edilməsi və ölkənin bərpası kimi məsələləri öncəliklə həll etməyi tələb edib və milli təhlükəsizlik strategiyasını müzakirə etməyi gözlədiklərini, amma mövzunun “silahların təhvili”nə çevrildiyini deyib. Qasim hökumətlə əməkdaşlıq və dialoqu davam etdirmək istədiklərini də vurğulayıb.

    O, “düşmən bütün istədiyini əldə etməyib və biz məğlub deyilik” deyərək, əgər İsrail genişmiqyaslı müharibə qərarı versə, ona qarşı yenidən raket hücumları ediləcəyini bildirib.

    Hizbullahın bu mövqeyi, Livandakı digər siyasi qüvvələr tərəfindən tənqid olunub. “Livan Qüvvələri” Partiyasının nümayəndəsi Şarl Cəbure görə, Qasimin hökumət iclası zamanı çıxışı, silah məsələsində təzyiq və hədə elementidir. O, Livanda yalnız bir yol olduğunu – Konstitusiya və Taif sazişinin icrasını – vurğulayıb.

    Cəbure bildirib ki, ABŞ-ın xüsusi nümayəndəsi Brakın təklifi də Konstitusiyaya uyğun olaraq “dövlət xaricində heç bir silah olmamalıdır” prinsipini əsas tutur. O, 1991-ci ildə Taif razılaşmasının pozulmasına görə Hizbullahın silahını təhvil vermədiyini, amma indi buna ehtiyac olduğunu deyib.

    Hökumət iclasından əvvəl də Hizbullahın silahlarının təhvil verilməsi ilə bağlı qəti mövqe tələb edən çağırışlar olub. Druze məzhəbi şurası, bütün siyasi qüvvələri daxili birliyi möhkəmləndirməyə, hökumətin birgə fəaliyyətini təmin etməyə və beynəlxalq qərarları icra etməyə çağırıb.

    #Qasim Süleymani #Naim Qasim #Hizbullah tərəfdarlarının etirazı #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #HƏMAS və Hizbullah əlaqələri #Hizbullah və Livan münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullah və Livan hökuməti #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Hizbullah liderinin dəfni #Hizbullah və Qəzza həmrəyliyi #İran və Hizbullah dəstəyi #İran Hizbullah əməkdaşlığı #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Qasim Süleymaninin öldürülməsinin təsiri #Tomas Barak #Tomas Brak
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dəfn mərasimində 34 mindən çox iştirakçıya tibbi yardım göstərilib - İran rəsmiləri

    6 İyul 2026 21:43

    Hizbullah lideri İsrail-Livan çərçivə sazişini kəskin tənqid edib

    27 İyun 2026 18:34

    Hizbullah İsrailin geri çəkilməsinin silahsızlanma ilə şərtləndirilməsini rədd edib

    27 İyun 2026 18:31

    Naim Qasım: Hizbullah “silahlı müqaviməti” davam etdirəcək

    27 İyun 2026 18:19

    Hizbullah lideri: İsrailin hər hansı pozuntusuna cavab veriləcək

    23 İyun 2026 22:43

    Hizbullah lideri: İsrail Livandan tam çıxmalıdır

    23 İyun 2026 22:26

    Tramp ABŞ–İran razılaşmasını Süleymani əməliyyatı ilə əlaqələndirib

    17 İyun 2026 21:31

    İran Fələstin böhranında necə yer aldı?

    14 İyun 2026 12:00

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    8 İyun 2026 14:02

    İsrail ordusu Livanın cənubunda Hizbullaha hücum etdi

    13 May 2026 20:45

    İranı vurmaq üçün tam hazırıq - İsrailin yeni Hərbi Hava Qüvvələri komandanı

    6 May 2026 07:57

    “Hizbullah” öz səlahiyyətlərini İrana təslim edir: Aun və qruplaşma arasında “müzakirə” savaşı

    29 Aprel 2026 22:00
    XƏBƏR LENTİ

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.