Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Tramp Qəzzədə tarixi razılaşmanı elan etdi: "HƏMAS" tam tərksilah olunur

    31 İyul 2026 08:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp Qəzzədə tarixi razılaşmanı elan etdi: "HƏMAS" tam tərksilah olunur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ Prezidenti Donald Tramp çərşənbə günşərəfəsi "HƏMAS" qruplaşmasının "tam tərksilah olunması" haqqında razılaşmanın əldə edildiyini elan edərək, bunu Qəzzədə yeni Fələstin hökumətinin qurulması yolunda həlledici addım kimi qiymətləndirib.

    Baxmayaraq ki, "HƏMAS" hələlik məsələ ilə bağlı rəsmi bəyanat yaymayıb, Trampın bu açıqlaması Qahirədə vasitəçilərlə aparılan danışıqlardan məlumatlı olan mənbələrin Fələstin İslamçı hərəkatının silahların təhvil verilməsini əhatə edən müqaviləyə doğru irəlilədiyini "AFP" agentliyinə bildirməsindən dərhal sonra gəlib.

    Tramp özünün "Truth Social" platformasında yazıb: "Bu gün Sülh Şurası 'HƏMAS'ın və Qəzzədəki bütün digər silahlı qrupların TAM TƏRKSİLAH OLUNMASI haqqında TARİXİ razılaşma əldə etdi. Bu, davamlı SÜLH və TƏHLÜKƏSİZLİYƏ doğru atılmış möhtəşəm bir addımdır". O, tərksilah prosesinin "dəqiqliklə planlaşdırılmış mərhələlərlə" həyata keçiriləcəyini vurğulayıb.

    ABŞ Prezidenti əlavə edib: "Tərksilah prosesi başa çatdıqca İsrail qüvvələri geri çəkiləcək və Beynəlxalq Sabitlik Qüvvələri yeni Fələstin polisi ilə birlikdə Qəzzənin sakinlər və qonşuları üçün təhlükəsiz olmasını təmin edəcək". Tramp, həmçinin Misir, Qətər və Türkiyədən olan vasitəçilərə təşəkkürünü bildirib.

    "HƏMAS"ın tərksilah olunması kimi mürəkkəb məsələ ötən ilin oktyabr ayından bəri İsrail ilə qruplaşma arasında Qəzzədə qüvvədə olan atəşkəs sazişinin irəliləməsində əsas maneələrdən biri olub.

    Atəşkəsə baxmayaraq, Qəzzədə zorakılıq halları davam edib. Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, çərşənbə günü İsrailin endirdiyi zərbələr nəticəsində azı dörd nəfər, o cümlədən iki uşaq həlak olub.

    Misirin dövlətlə bağlı "Al-Qahera News" telekanalının cümə günü səhər saatlarında verdiyi məlumata görə, Qahirə tezliklə Qəzzə atəşkəs vasitəçilərinin — ABŞ, Qətər və Türkiyənin iştirakı ilə növbəti görüşə ev sahibliyi edəcək. Telekanal görüşün dəqiq vaxtını göstərməsə də, orada "HƏMAS" və Fələstin fraksiyalarının razılaşdığı yol xəritəsinə uyğun olaraq Qəzzə atəşkəs planının ikinci mərhələsinin icrasının müzakirə ediləcəyini bildirib.

    Trampın Qəzzə üzrə 20 bəndlik sülh planına əsasən, atəşkəsin ikinci mərhələsi "HƏMAS"ın tərksilah olunmasını və İsrail qüvvələrinin ərazidən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. Plan, həmçinin fələstinli texnokratlardan ibarət Qəzzənin İdarə Olunması üzrə Milli Komitənin (NCAG) müharibədən sonrakı keçid dövründə gündəlik idarəetməni öz üzərinə götürməsini təmin edir.

    Dünən "HƏMAS"dakı mənbə "AFP"yə bildirib ki, qruplaşma hələ də təklifə düzəlişlər etmək prosesindədir.

    "İstisnalara yol verilməyəcək"

    Daha əvvəl diplomatik mənbə "AFP"yə deyib: "Biz bütün silahların təhvil verilməsini və tam səlahiyyətin texnokratik hökumətə verilməsi üçün məsuliyyətlərin mərhələli şəkildə ötürülməsini təklif edən balansı və praqmatik yol xəritəsini tətbiq etməyə davam edirik".

    Məsələnin kütləvi informasiya vasitələrinə açıqlanması səlahiyyəti olmadığı üçün adının çəkilməsini istəməyən diplomat bildirib ki, "müəyyən silahlar və ya müəyyən şəxslər üçün heç bir istisna olmayacaq: tək hakimiyyət, tək qanun, tək silah ilkin şərtdir". Mənbənin sözlərinə görə, yol xəritəsi "bütün tunellərin, silah anbarlarının və hər hansı silah istehsalı müəssisələrinin ləğvi prosesini" yaradacaq.

    "Ağır və yüngül bütün silahlar Beynəlxalq Sabitlik Qüvvələrinin dəstəyi və koplikasiyası ilə NCAG-ın tam nəzarəti altında olacaq", — deyə mənbə Trampın Sülh Şurasının nəzdində fəaliyyət göstərən çoxmillətli qüvvələrə istinad edərək əlavə edib. Mənbə bildirib ki, yoxlama mexanizmi hər iki tərəfin şərtlərə əməl etməsini təmin edəcək.

    Danışıqlarla tanış olan "HƏMAS" mənbəsi daha əvvəl bildirmişdi ki, hərəkat "vasitəçilərə təqdim etdiyimiz son düzəlişlərə İsrailin cavabını gözləyir". Mənbə düzəlişlərin Sülh Şurası tərəfindən təqdim olunan yol xəritəsindəki iki maddəyə aid olduğunu deyib. Silahlarla bağlı maddəyə gəlincə, "HƏMAS" nümayəndəsi bəzi bəndlərin çıxarıldığını və alternativlərin təklif edildiyini bildirib.

    İsraildəki siyasi mənbə binds "AFP"yə bildirib ki, təklif olunan sövdələşmə İsrailin tələblərini "qaneedici şəkildə" cavablandırmır. İsrail tərəfi hər hansı prosesin ön şərti kimi "HƏMAS"ın tam tərksilah edilməsini, o cümlədən silahların Qəzzədən çıxarılmasını və zolağın tam hərbisizləşdirilməsini tələb edir.

    Mənbə, həmçinin bu həftə Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə Tramp arasında keçirilən görüşdə "Qəzzə məsələsinin ümumiyyətlə müzakirə olunmadığını" iddia edib.

    #HƏMAS #HƏMAS və Hizbullah əlaqələri #Qəzzədə yeni Fələstin
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    22 Avqust 2026 09:00

    HƏMAS Qəzza şəhərində polis qərargahına zərbəni “yeni hərbi cinayət” adlandırıb

    19 Avqust 2026 19:04

    Qəzza ilə bağlı razılaşdırılmış plana sadiqik, İsrail isə hələ razılıq verməyib - HƏMAS

    18 Avqust 2026 18:20

    Kuşner və Netanyahu Qəzza ilə bağlı gələcək yol xəritəsi üzrə razılığa gəlib

    17 Avqust 2026 20:03

    Trampın xüsusi nümayəndəsi HƏMAS lideri ilə görüşüb

    17 Avqust 2026 10:55

    HƏMAS və Misir kəşfiyyat rəhbəri Qəzza planını müzakirə edib

    16 Avqust 2026 18:13

    Nə üçün açarı Tehranın əlində olan Hizbullah heç vaxt milli müqavimət hesab edilə bilməz?

    16 Avqust 2026 09:03

    HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

    15 Avqust 2026 10:06

    “Hizbullah” tərksilah edilmədən İsrail Livandan çəkilməyəcək - Kats

    13 Avqust 2026 19:00

    HƏMAS Cenin yaxınlığında qanunsuz məskunlaşmaların bərpasını pisləyib

    13 Avqust 2026 18:22

    Qəzzaya ayrılan 400 milyon dollar HƏMAS-a verilməyəcək

    12 Avqust 2026 19:27
    XƏBƏR LENTİ

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.