Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Misir Qəzzadakı humanitar böhrana görə ittiham olunmasından narazıdır

    29 İyul 2025 11:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Misir Qəzzadakı humanitar böhrana görə ittiham olunmasından narazıdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi– Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampa müraciət edərək, Qəzza zolağındakı müharibənin dayandırılması və humanitar yardımın bölgəyə çatdırılması üçün bütün səyləri göstərməyə çağırıb. Bu müraciət, Misirin deyil, İsrailin məsuliyyət daşıdığı humanitar böhranı Misirin üzərinə yükləməyə çalışan çoxistiqamətli kampaniyalar fonunda səsləndirilib.

    Misir: Rafah keçidi açıqdır, məsuliyyət İsrailin üzərinə düşür

    Prezident Sisinin Trampa ünvanladığı müraciət, müşahidəçilər tərəfindən Vaşinqton üçün xəbərdarlıq kimi qiymətləndirilir. Onlar bildirirlər ki, Qəzzadakı böhran yalnız Misirin deyil, ABŞ daxil olmaqla bütün regional və beynəlxalq oyunçuların nüfuzuna zərər verə bilər.

    Misir rəsmiləri bildirirlər ki, Rafah sərhəd-keçid məntəqəsi Misir tərəfdən açıqdır. Yardımların keçidini isə İsrailin Qəzzanın infrastrukturunu məhv etməsi və sərhədləri tamamilə bağlaması əngəlləyir. Qahirə bu məsələdə məsuliyyətin üzərinə yüklənməsini qətiyyətlə rədd edir.

    İsrailin təxribat ssenarilərindən narahatlıq

    Prezident Sisi öz çıxışında Qəzzada yaranmış ağır humanitar şəraitin nəticələrindən, eləcə də İsrailin mümkün təxribat ssenarilərindən narahatlıq ifadə edib. O, beynəlxalq ictimaiyyətə müraciət edərək, müharibənin dərhal dayandırılmasına və yardım keçidlərinə şərait yaradılmasına çağırıb:

    “Bu çətin dövrdə bütün dünya ölkələrinə, Avropa İttifaqına, ABŞ-a və ərəb qardaşlarımıza müraciət edirəm. Biz müharibəni dayandırmaq və humanitar yardımı təmin etmək üçün bütün gücümüzlə çalışırıq.”-deyə o bildirib.

    Yardımlar yenidən başladı

    Uzun fasilədən sonra onlarla yardım yük maşını bazar günü Misirdən Qəzzaya yola düşüb. Bu addım beynəlxalq ictimaiyyətin artan təzyiqləri və aclıq təhlükəsi ilə bağlı humanitar təşkilatların xəbərdarlıqlarından sonra atılıb. Misir, Qəzza sakinlərinin sərhədi keçmək istəməsi halında ciddi təhlükəsizlik və siyasi nəticələrlə üzləşə bilər. Qahirə, nə sərhədi güc tətbiq etməklə bağlamaq, nə də miqrant axınına icazə vermək variantlarını istəmir.

    Misir parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü, general Yəhya Kədvani bildirib ki, Prezident Sisinin çıxışı Misir əleyhinə yönəlmiş təbliğata açıq cavabdır. Onun sözlərinə görə, Qahirə hər zaman Fələstin məsələsində ədalətli və ardıcıl mövqe nümayiş etdirib və Qəzzaya daxil olan yardımların 80%-ni təkbaşına təmin edib.

    “Misir heç vaxt məcburi köçürmə ideyasını qəbul etməyib. Prezidentin sözləri bütün xalqın mövqeyidir, yalnız az sayda dövlət əleyhdarı istisna təşkil edir.”-deyə Kədvani əlavə bildirib.

    Misirdəki bəzi siyasi dairələr HƏMAS lideri Xəlil əl-Həyyənin son çıxışını tənqid edərək, onun sözlərinin “Müsəlman Qardaşları”nın dövlətə qarşı mənfi ritorikasına uyğun olduğunu bildiriblər. Misirin tanınmış israilli məsələlər üzrə eksperti Səid Ukkaşa qeyd edib ki, Qahirə vəziyyəti diplomatik yollarla idarə etməyə çalışır və təxribat ritorikasına uymur.

    Ekspertlər qeyd edir ki, Prezident Sisinin çıxışı, Misirin HƏMAS-la qarşıdurmaya gedəcəyi və ya vasitəçilik rolundan imtina edəcəyi ilə bağlı şübhələri aradan qaldırıb. Misir, Fələstin məsələsinin öz milli təhlükəsizliyi üçün vacib olduğuna inanır və bölgədəki böhranın həllinə töhfə verməyə davam edəcəyini göstərir.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzanın işğalı #ABŞ-ın Qəzzə siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30
    XƏBƏR LENTİ

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.