Misir rəsmiləri bildirirlər ki, Rafah sərhəd-keçid məntəqəsi Misir tərəfdən açıqdır. Yardımların keçidini isə İsrailin Qəzzanın infrastrukturunu məhv etməsi və sərhədləri tamamilə bağlaması əngəlləyir.
#ABŞ-ın Qəzzə siyasəti
ABŞ prezidenti Tramp Qəzzada israilli məhbuslarla bağlı məsələyə toxunub. İsrailli ailələrin ölən məhbusların cəsədlərinin qaytarılmasını gözlədiyi bir vaxtda bəzi ailələrlə görüşdüyünü və onları dinlədiyini bildirib.
Ağ Ev rəhbərinin İsrailin baş naziri Benjamin Netanyahu ilə növbəti həftə görüşmək üçün hazırlaşdığı bir vaxtda, ABŞ Prezidenti Donald Tramp, Qəzza əhalisinin təhlükəsiz bir şəraitdə yaşamasını istədyini bildirib.