Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkmənistan
    Türkmənistan

    Türkmənistan XİN rəhbəri Əfqanıstana səfər edib

    3 Fevral 2026 12:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkmənistan XİN rəhbəri Əfqanıstana səfər edib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərlə Herat vilayətində görüş keçirib.

    AzerVoice xəbər verir ki, görüşdə regional əhəmiyyətli enerji və infrastruktur layihələrinin icra vəziyyəti, xüsusilə Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri və Türkmənistan–Əfqanıstan–Pakistan (TOP) elektrik ötürücü xətti ətrafında geniş müzakirələr aparılıb.

    Görüşdə Əfqanıstanın mədən və neft naziri Molla Hidayətullah Bədri, energetika və su ehtiyatları naziri Hacı Molla Məhəmməd Yunus Axundzadə, eləcə də hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.

    Əfqanıstan tərəfi bildirib ki, TAPI qaz kəmərinin reallaşdırılması region ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsi baxımından strateji əhəmiyyət daşıyır. Molla Əbdül Qəni Bəradar Səudiyyə Ərəbistanının “Delta International Group” şirkətinin bu layihəyə sərmayə qoymağa ciddi maraq göstərdiyini açıqlayıb.

    Onun sözlərinə görə, sözügedən şirkət:

    • TAPI qaz kəməri vasitəsilə qaz alışı,
    • Türkmənistanın iri qaz yataqlarının hasilat gücünün artırılması,
    • Heratın Qozara rayonundan Qəndəharın Spin-Boldak bölgəsinə və oradan Hindistan sərhədinə qədər qaz kəmərinin çəkilməsi,
    • Pakistanda Qvadar limanında müasir qaz mərkəzinin yaradılması layihələri ilə maraqlanır.

    Meredov isə Əfqanıstan tərəfinin TAPI qaz kəməri layihəsi üçün təhlükəsiz və əlverişli şərait yaratdığını xüsusi vurğulayıb və bildirib ki, layihə üzrə işlər bu ilin sonuna qədər Herat şəhər mərkəzinə çatdırılacaq.

    Türkmənistan XİN rəhbəri xarici şirkətlərin TAPI layihəsinə artan marağını müsbət qiymətləndirib, həmçinin Turğundi–Herat dəmir yolu layihəsinə sərmayə qoymağa hazır olduqlarını və Turğundi istiqamətində işlərin artıq başlandığını açıqlayıb.

    Görüşdə tərəflər eyni zamanda ticarət əlaqələrinin genişləndirilməsi, bank sektoru üzrə əməkdaşlıq, yeni iş yerlərinin yaradılması və birgə iqtisadi layihələrin idarə olunması məsələlərini də müzakirə ediblər.

    #Pakistan #Türkmənistan #Rəşid Meredov #Əfqanıstan #Hindistan #TAPİ layihəsi #Türkmənistan–Əfqanıstan–Pakistan (TOP) elektrik ötürücü xətti #Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri #Molla Əbdül Qəni Bəradər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    22 İyul 2026 18:11

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    20 İyul 2026 22:28

    İranın daxili işlər naziri nümayəndə heyəti ilə Pakistana səfər edib

    20 İyul 2026 19:31

    Hindistan vətəndaşlarına İrana səfərləri təxirə salmağı tövsiyə edib

    20 İyul 2026 19:19

    Kanada ABŞ və İranı təmkinli olmağa çağırıb

    20 İyul 2026 18:37

    ABŞ memorandumun şərtlərini pozaraq müharibəni yenidən alovlandırdı - İranın Pakistandakı səfiri

    18 İyul 2026 19:05

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41
    XƏBƏR LENTİ

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    İran çətin seçim qarşısındadır

    Tramp İrana qarşı yeni hərbi ultimatum irəli sürdü

    İraqın baş naziri sabah İrana səfər edəcək

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.