#Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan (TAPI) qaz kəməri

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Molla Əbdül Qəni Bəradərlə Herat vilayətində görüş keçirib. Görüşdə Əfqanıstanın mədən və neft naziri Molla Hidayətullah Bədri, energetika və su ehtiyatları naziri Hacı Molla Məhəmməd Yunus Axundzadə, eləcə də hər iki ölkənin rəsmi nümayəndələri iştirak ediblər.