Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    22 İyul 2026 19:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İyulun 22-də Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.

    tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ardınca isə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.

    Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

    Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi qarşıda duran əsas vəzifələrdəndir.

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan milli mətbuatı ölkəmizin ictimai fikir tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli özünüdərkin və maarifçilik ideyalarının formalaşmasında mühüm rol oynayıb.

    O vurğulayıb ki, Azərbaycan mətbuatı ötən dövr ərzində cəmiyyətin inkişafına, milli dəyərlərin qorunmasına və ictimai şüurun formalaşmasına mühüm töhfələr verib.

    Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova çıxışında müasir media mühitində etik jurnalistika prinsiplərinin, peşəkar həmrəyliyin və media subyektləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

    Qeyd olunub ki, etibarlı informasiya mühitinin formalaşdırılması və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov çıxışında Azərbaycan milli mətbuatının ayrılmaz tərkib hissəsi olan televiziya və radionun cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində və mədəni irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.

    O bildirib ki, sürətlə dəyişən informasiya mühitində medianın üzərinə düşən məsuliyyət daha da artır, peşəkarlıq, operativlik və ictimai etimad isə bu sahənin əsas prinsipləri olaraq qalır.

    Daha sonra Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

    Tədbir bədii hissə ilə davam edib.

    #MEDİA #Vüqar Rəhimzadə #Milli Mətbuat Günü #Azərbaycan mətbuatı #Dağbəyi İsmayılov #Səadət Məmmədova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    22 İyul 2026 10:54

    İsveçrə danışıqlarda media nəzarətini gücləndirir

    18 İyun 2026 19:43

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14

    Tramp İrana sülh razılaşmasının detallarını yaydığı üçün etiraz edib

    12 İyun 2026 19:43

    Qəzzalı jurnalistlər beynəlxalq mükafata layiq görüldü: “Qızıl Qələm” onlara veriləcək

    29 May 2026 20:56

    Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyimizə imkan verir - Əhməd İsmayılov

    1 May 2026 11:59

    Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat yanlışdır – MEDİA

    24 Aprel 2026 18:06

    Media orqanlarının nəzərinə: tələblər artırılır

    12 Mart 2026 15:00

    Avropada mətbuat azadlığı hesabatında Azərbaycanla bağlı qərəzli mülahizələr yer alıb – MEDİA

    10 Mart 2026 16:03

    MEDİA sosial şəbəkələrdə informasiya təxribatlarını qəti şəkildə pisləyib

    6 Mart 2026 22:17

    MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış etdi

    1 Mart 2026 12:09

    Medianın İnkişafı Agentliyinin yaradılmasından beş il ötür

    12 Yanvar 2026 10:00
    XƏBƏR LENTİ

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    Azərbaycan və Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş imzalayıb

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

    MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.