Türkiyə

Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib ki, Azərbaycandan Türkiyəyə gəlmək üçün havalanan C130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Nazirliyin sosial media hesabında yayılan açıqlamada qeyd olunub ki, "Azərbaycan-dan ölkəmizə gəlmək üzrə havalanan C130 yük təyyarəmiz Gürcüstanda düşüb. Axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanıb. Bu barədə ictimaiyyətə hörmətlə məlumat verilir."

Misirin xarici işlər naziri Bədr Əbdüləti sabah Türkiyəyə səfər edəcək. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və sabah Türkiyəyə səfər edəcək Misir Xarici İşlər Naziri Əbdülati həmsədrlik edəcəkləri Türkiyə–Misir Ümumi Planlaşdırma Qrupu (OPG) Birinci Toplantısı təşkil olunacaq. Müvafiq qurumlardan məsul şəxslərin də iştirak edəcəyi toplantıda 2026-cı ildə iki ölkə prezidentlərinin həmsədrliklərində Qahirədə keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSŞ) İkinci Toplantısı üçün hazırlıqlar müzakirə olunacaq.

ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olması üçün tədbirləri dəstəklədiklərini bir daha təsdiqləyiblər. Dövlət Departamentindən bildirilib ki, bundan əlavə, tərəflər Ukrayna münaqişəsinə də toxunublar. Rubio ABŞ prezidenti Donald Trampın bütün NATO müttəfiqlərinə "Ukraynada davam edən münaqişəyə son qoymaq üçün Rusiya enerjisini almağı dayandırmaq" çağırışını xatırladıb.

Türkiyə Futbol Federasiyası tərəfindən peşəkar liqalarda idman mərc oyunları ilə bağlı aparılan araşdırma çərçivəsində, mərc oynadığı müəyyən edilən 1024 futbolçu Futbol Disiplin Təlimatının 57-ci maddəsinə əsasən ehtiyat tədbiri ilə Türkiyə Futbol Federasiyasının hüquq müşavirliyi tərəfindən Peşəkar Futbol Disiplin Komitəsinə göndərilib. Bu qərardan sonra Milli Komandaların heyətlərində dəyişiklik edilib.