BAKI,VOA,Yusif Şərifzadə
Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində həyatını itirən və yaralananların sayı artmaqda davam edir. Son sutkada da yeni itkilərin qeydə alındığı bildirilir.
VOA xəbər verir ki, Qəzzadakı tibbi mənbələrə istinadən yayılan məlumata görə, İsrailin hərbi əməliyyatları nəticəsində həyatını itirən fələstinlilərin sayı 73 min 74 nəfərə, yaralananların sayı isə 173 min 537 nəfərə çatıb.
Məlumata əsasən, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 4 nəfərin meyiti və 12 yaralı gətirilib.
Bundan başqa, Qəzzanın mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində azı 7 nəfərin yaralandığı bildirilir.
Xatırladılır ki, ötən ilin oktyabr ayında İsrail ilə HƏMAS arasında ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasından sonra da Qəzzada min nəfərdən çox insanın həlak olduğu barədə məlumatlar yayılmışdı.