Türkiyə

Türkiyə və Misir Qəzzədə atəşkəsin möhkəmləndirilməsi və bölgənin gələcək idarəçiliyi ilə bağlı ortaq mesaj verib. Ankara şəhərində keçirilən Türkiyə–Misir Birgə Planlaşdırma Qrupunun birinci iclası çərçivəsində Xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilər naziri Bədir Abdulati birgə mətbuat konfransı keçiriblər.

Cənubi Kipr prezidenti “Financial Times” qəzetinə verdiyi müsahibədə Ankara ilə əməkdaşlığa açıq olduqlarını bildirib. O, bölgədə sabitlik və dialoqun yalnız qarşılıqlı hörmət və Avropa İttifaqının hüquqi prinsipləri əsasında mümkün ola biləcəyini vurğulayıb. Prezident Xristodulidis Aİ–Türkiyə münasibətlərində yeni mərhələnin başlaya biləcəyini qeyd edib.

Azərbaycan-Gürcüstan sərhədində baş vermiş təyyarə qəzası ilə bağlı axtarış-xilas və qəza araşdırma işlərinin davam etdiyini Burhanettin Duran bildirib. O qeyd edib ki, şəhid olan hərbçilərin cəsədləri, axtarış-xilas və qəza araşdırma heyətini Gürcüstana aparan A-400M təyyarəsi ilə ölkəyə gətiriləcək. Duran bildirib ki, ilk andan etibarən bütün imkanlarını səfərbər edərək sürətli reaksiyalar göstərən və dəstək verən Gürcüstan hakimiyyətinə təşəkkür edirlər.

Türkiyə Prezidenti və AK Parti sədrı Rəcəb Tayyib Ərdoğan Azərbaycan sərhədinə yaxın bölgədə baş vermiş hərbi C-130 təyyarəsi qəzası ilə bağlı məlumat verib. Ərdoğan, bunu partiyasının Genişləndirilmiş İl Başçılar Toplantısında çıxışı zamanı bildirib. Ərdoğan qeyd edib ki, qəza nəticəsində 20 türk hərbçisi şəhid olub. O, şəhidlərin adlarını xüsusi hörmətlə yad edib. Prezident bildirib ki, hadisə Azərbaycan ilə Gürcüstan sərhədinə yaxın Sığnacı bölgəsində baş verib və təyyarə Qarabağ zəfərinin 5-ci ildönümü tədbirləri üçün Azərbaycana gedən birliyi daşıyırmış.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün saat 18:00-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli ilə görüşəcək. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Başçısı Burhanettin Duran sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, görüş Dövlət Bahçelinin Ankaradakı mənzilində baş tutacaq. Duran görüşün təfərrüatlarına dair əlavə məlumat verməsə də, görüşün ölkədəki siyasi proseslər və tərəfdaşlıq məsələləri ilə bağlı müzakirələri əhatə edəcəyi ehtimal olunur. Prezident Ərdoğanın MHP sədri ilə planlaşdırılan görüşləri tez-tez siyasi məsləhətləşmə və strateji məsələlərin müzakirəsi məqsədilə təşkil olunur.

Gürcüstanın daxili işlər naziri Geka Geladze ölkəsinin ərazisində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus hərbi yük təyyarəsi ilə bağlı beynəlxalq istintaq qrupu yaradıldığını və bu qrupda Türkiyə rəsmilərinin də yer aldığını bildirib. Nazir Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsi ilə bağlı jurnalistlərə açıqlama verərək, hadisədən dərin üzüntü duyduğunu və həlak olan türk hərbçilərin ailələrinə başsağlığı verib. O, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini də qeyd edib.

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisi şəhid olub. Nazirliyin məlumatına görə, təyyarə dünən Azərbaycandan Türkiyəyə uçuşa başladıqdan qısa müddət sonra Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.