Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Vaşinqton Bağdada nəqd dollar tədarükünü bərpa edib

    3 İyul 2026 09:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vaşinqton Bağdada nəqd dollar tədarükünü bərpa edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Amerika Birləşmiş Ştatları bir neçə ay əvvəl dayandırdığı ABŞ dollarının nəqd şəkildə İraqa göndərilməsini yenidən bərpa edib. İraqlı rəsmilərin bildirdiyinə görə, Vaşinqton dollar axınını kəsməklə “İraq hökumətinə təzyiq etməyə və onu İrandan uzaqlaşdırmağa” çalışırdı.

    VOA ArabAZ- a istinadən xəbər verir ki, İraqın Baş naziri Əli əz-Zeydi ötən bazar ertəsi “Asharq Al-Awsat” qəzetinə verdiyi eksklüziv müsahibədə Vaşinqtonun dondurduğu “nəqd dollar yüklərinin artıq Bağdada çatdığını” bəyan edib. O, nəqd pulun hərəkəti ilə bağlı yaranan bəzi şübhə və narahatlıqların tamamilə aradan qaldırıldığını diqqətə çatdırıb.

    ABŞ Prezidenti Donald Trampın administrasiyası cari ilin aprel ayında nağd pul dövriyyəsindən asılı olan İraqa dollar axınını dondurmuşdu. Vaşinqton İraqın neft satışından əldə etdiyi və Nyu-York Federal Ehtiyat Bankındakı hesablarında toplanan vəsaitlərin Bağdada nağd şəkildə ötürülməsini bloklamışdı. İki ölkə arasındakı uzunmüddətli strateji müttəfiqlik fonunda bu addım olduqca fövqəladə bir cəza tədbiri sayılır. Həmin vaxt iraqlı rəsmilər Vaşinqtonun İraq təhlükəsizlik orqanları ilə əməkdaşlığı və onların maliyyələşdirilməsini də dayandırdığını bildirmişdilər. “The New York Times” qəzetinə danışan rəsmi mənbə bu hərbi-təhlükəsizlik məhdudiyyətlərinin hələ də qüvvədə qaldığını təsdiqləyib.

    Siyasi təzyiqlər və pul köçürmələri

    Vaşinqtonun bu sanksiya xarakterli addımları İraqda yeni baş nazirin seçilməsi dövrünə təsadüf edirdi. ABŞ hökuməti bu gedişlə İrana yaxın olan namizədlərin baş nazir kürsüsünə əyləşməsinin qarşısını almağa cəhd göstərirdi. Digər tərəfdən, ABŞ rəsmi Bağdaddan ölkədə fəaliyyət göstərən, dövlət nəzarətindən kənar olan və zaman-zaman ABŞ-nin İraqdakı hərbi obyektlərinə zərbələr endirən İranpərəst silahlı qruplaşmaların (milislərin) fəaliyyətini tamamilə cilovlamağı tələb edirdi.

    İraqın yeni Baş naziri Əli əz-Zeydinin sözçüsü Heydər əl-Abudi dollar yüklərinin gəlişini təsdiqləyərək “Problem tamamilə həll olunub” deyib. Baş nazirin maliyyə məsləhətçisi Məzhər Məhəmməd Saleh də pul köçürmələrinin bərpa edildiyini vurğulayıb.

    Qeyd edək ki, bir neçə il əvvəl ABŞ və İraq arasında əldə olunmuş beynəlxalq bank qaydalarına əsasən, İraqın Nyu-York Federal Ehtiyat Bankındakı valyuta ehtiyatlarından nağd dollar köçürmələrinə ciddi şəffaflıq nəzarəti tətbiq edilir. Bu qaydaların əsas məqsədi dolların qanunsuz yollarla cinayətkar qruplara, çirkli pulların yuyulması şəbəkələrinə və başda İran olmaqla qonşu ölkələrdəki silahlı qruplaşmalara ötürülməsinin qarşısını almaqdır.

    İraq Mərkəzi Bankı ölkədəki şirkətlərin və fərdlərin idxal etdikləri malların pulunu ödəmək üçün Nyu-York Federal Ehtiyat Bankındakı hesabından hər gün rəsmi pul köçürmələri həyata keçirir. İraqda beynəlxalq bank hesabına malik yerli şirkətlərin sayı olduqca az olduğundan bu gündəlik köçürmələr ölkə iqtisadiyyatı üçün hayati əhəmiyyət daşıyır.

    İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) rəsmi mənbələrinin ötən aylarda verdiyi məlumata görə, ABŞ-nin aprel ayında dolların göndərilməsini dayandırmasının ən böyük səbəblərindən biri məhz İranın dəstəklədiyi qruplaşmaların həyata keçirdiyi nəqd dollar qaçaqmalçılığının qarşısını almaq olub.

    Əli əz-Zeydi aprelin sonlarında – ABŞ sanksiyalarından dərhal sonra hökumət başçısı vəzifəsinin icrasına başlayıb. Vaşinqton onun bu posta gəlişinə etiraz etməyib və yeni baş nazir ilk günlərdən ölkədəki İranpərəst milislərin təsirini azaltmaq üçün kəskin addımlar atıb. Onun verdiyi ilk rəsmi sərəncamlardan biri İraqdakı bütün silahlı qruplaşmaların birbaşa dövlətin rəsmi nəzarətinə və ordunun tabeliyinə verilməsi olub. İraq uzun illərdir ki, özünün ən böyük iki tərəfdaşı olan ABŞ və İranın bölgədəki nüfuz müharibəsinin arasında sıxışıb qalır və bəzən bu tərəflərin birbaşa və ya dolayı toqquşma poliqonuna çevrilir.

    #Amerika Birləşmiş Ştatları #Bağdada nəqd dollar tədarükü #Vaşinqton Bağdad #İraqın Baş naziri Əli əz-Zeydi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq ABŞ ilə İran arasında atəşkəsə vasitəçilik etdiyi barədə xəbərləri təkzib edib

    24 İyul 2026 18:06

    Livan Prezidenti ABŞ-da aparılan danışıqlar barədə Baş nazirə məlumat verib

    24 İyul 2026 17:37

    İran müharibədəki son vəziyyəti Rusiya və Çinlə müzakirə edəcək

    24 İyul 2026 17:23

    BMT Hörmüz boğazında qalan 6 min dənizçinin təxliyəsinə çağırış edib

    24 İyul 2026 17:19

    İran Bəhreyndə "Amazon" şirkətinə məxsus məlumat mərkəzini hədəfə aldığını iddia edib

    24 İyul 2026 17:14

    ABŞ zərbələri nəticəsində İranda ölənlərin sayı 55 nəfərə çatıb

    24 İyul 2026 17:11

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07

    Netanyahu Türkiyəyə F-35 satışına niyə qarşı çıxır?

    6 İyul 2026 20:23

    Hörmüz boğazında təhlükəsiz keçid üçün rabitə xətti yaradılıb

    22 İyun 2026 20:39

    İran rəsmisi: “İstənilən təhlükəyə qarşı cavab verməyə hazırıq”

    22 İyun 2026 19:43

    Qətər Baş naziri: ABŞ-İran razılaşması “müharibənin dayanmasına” gətirib çıxarıb

    22 İyun 2026 19:09

    Pakistan ABŞ-İran danışıqlarında əldə olunan irəliləyişi alqışlayıb

    22 İyun 2026 19:03
    XƏBƏR LENTİ

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.