Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə və Rumıniya əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    20 İyun 2026 19:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Rumıniya əməkdaşlığın genişləndirilməsini müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniya Prezidenti Nikuşor Dan ilə İstanbulda görüş keçirib.

    VOA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

    Bildirilib ki, görüş İstanbul Gəmiqayırma Komandanlığında Rumıniya Hərbi Dəniz Qüvvələrinə "TCG Akhisar / OPV CAm. Roman" patrul gəmisinin təhvil verilməsi mərasimindən sonra baş tutub.

    Görüş zamanı Türkiyə ilə Rumıniya arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

    Məlumata görə, Rəcəb Tayyib Ərdoğan ticarət, müdafiə və təhlükəsizlik sahələri başda olmaqla müxtəlif istiqamətlərdə Rumıniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini bildirib.

    Türkiyə lideri iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi üçün addımların davam etdiriləcəyini vurğulayıb.

    Ərdoğan həmçinin Qara dənizlə bağlı məsələlərdə Ankara və Buxarest arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib.

    Onun sözlərinə görə, Türkiyə Qara dənizdə təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi məqsədilə sahilyanı dövlətlərlə koordinasiyalı fəaliyyət göstərir.

    Türkiyə Prezidenti əlavə edib ki, İranla bağlı sülh prosesində yaranmış müsbət dinamikanın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində də faydalı nəticələr verməsi üçün Ankara fəal səylər göstərir.

    Görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Mustafa Çiftçi, Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran və Prezidentin təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İstanbul #Rumıniya #Yaşar Gülər #Qara dəniz #Mustafa Çiftçi #Nikuşor Dan #Səlcuq Bayraktaroğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    22 Avqust 2026 13:08

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    Bütün müttəfiqləri müdafiə etmək üçün zəruri addımları atacağıq - NATO

    19 Avqust 2026 17:14

    Türkiyə və Suriya arasında enerji və mədənçilik üzrə yeni əməkdaşlıq sazişi imzalanıb

    19 Avqust 2026 16:28

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    "Sanksiyalar ləğv edilsin, Türkiyəyə F-35 verilsin!" — ABŞ parlamentarilərinə rəsmi məktub göndərildi

    19 Avqust 2026 14:09
    XƏBƏR LENTİ

    Mavritaniyada elektrik kəsintiləri niyə seçkilərlə nəlaqələndirilir?

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.