Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

    30 İyul 2026 13:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İnternet informasiya ehtiyatına müraciət müvəqqəti məhdudlaşdırılacağı halların siyahısı genişləndirilib.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

    Dəyişikliyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, həmçinin, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

    Bundan başqa, qumar oyunları:

    • virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;
    • yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
    • qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
    • xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Sənəddə qeyd olunub ki, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

    30 İyul 2026 11:08

    Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

    29 İyul 2026 16:23

    Elxan Qəhrəman Azərbaycanın Tacikistandakı səfiri təyin edilib

    28 İyul 2026 15:00

    Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib

    28 İyul 2026 13:57

    Prezident İlham Əliyev "Aviasiya haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib

    28 İyul 2026 13:42

    Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

    28 İyul 2026 13:16

    Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

    27 İyul 2026 13:59

    İstanbul şəhərinə yeni baş konsul təyin edilib

    27 İyul 2026 13:58

    Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

    27 İyul 2026 13:53

    Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib

    26 İyul 2026 13:28

    Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib

    25 İyul 2026 14:44

    Prezident İlham Əliyev "Kraudfandinq haqqında" qanunu təsdiqləyib

    24 İyul 2026 14:40
    XƏBƏR LENTİ

    Terrorsuz Türkiyə prosesi ümumi amnistiya deyil - Numan Kurtulmuş

    Çin İrana raket sistemləri göndərməsi ilə bağlı iddiaları təkzib edib

    TPAO-nun Kərkük addımı: Türkiyənin enerji xəritəsində mövqeyi güclənir

    İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

    Davutoğlunun partini ləğv etməsi TBMM-də “Yeni Yol” qrupunu riskə atdı

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq

    NASA xəritələrində Afrikanın qırmızı görünməsinin səbəbi nədir? Afrika yanırmı?

    Səudiyyə Ərəbistanı ABŞ-ı husilərə zərbə endirməkdən çəkinməyə çağırıb

    İran ABŞ-ın müttəfiqlərinə xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.