Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    NATO-da yeni dövr başlayır, Türkiyə ilk 10 müdafiə ixracatçısı sırasına daxil olmağı hədəfləyir

    7 İyul 2026 16:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    NATO-da yeni dövr başlayır, Türkiyə ilk 10 müdafiə ixracatçısı sırasına daxil olmağı hədəfləyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    NATO-da yeni dövrə qədəm qoyulur və Türkiyə müdafiə sənayesi sahəsində qlobal mövqeyini daha da gücləndirməyi hədəfləyir.

    Bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bildirib.

    Onun sözlərinə görə, son illərdə Türkiyənin müdafiə sənayesi əhəmiyyətli transformasiya mərhələsindən keçib. Müdafiə və aviasiya sənayesi məhsullarının ixracı son bir il ərzində 11 milyard ABŞ dollarını ötüb. İxracın yarıdan çoxu NATO müttəfiqləri və Avropa İttifaqına üzv ölkələrə həyata keçirilib.

    Cövdət Yılmaz qeyd edib ki, Türkiyə hazırda dünyada müdafiə məhsulları ixrac edən ölkələr arasında 11-ci yerdə qərarlaşıb və yaxın gələcəkdə ilk 10-luğa daxil olmağı qarşıya məqsəd qoyub.

    O vurğulayıb ki, NATO-nun Avropa sütununa mühüm töhfə verən Türkiyə, ilk növbədə Avropa İttifaqı olmaqla, qitədəki bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak edə bilməlidir.

    Vitse-prezidentin sözlərinə görə, müttəfiq ölkələr arasında müdafiə sənayesi sahəsində tətbiq olunan ticarət məhdudiyyətləri və sanksiyalar aradan qaldırılmalıdır. O bildirib ki, əsassız məhdudiyyətlərin davam etməsi istehsal gücünün inkişafını ləngidəcək və xərclərin artmasına səbəb olacaq.

    Cövdət Yılmaz əlavə edib ki, daha dayanıqlı Avro-Atlantik təhlükəsizlik sistemi istehsal potensialını, texnoloji imkanları və əməliyyat təcrübəsini ortaq strateji məqsədlər ətrafında birləşdirən təhlükəsizlik arxitekturası ilə mümkündür. Onun sözlərinə görə, Türkiyə bu təhlükəsizlik sistemində güclü, etibarlı və töhfə verən tərəfdaş kimi iştirak etməyə hazırdır.

    #Avropa İttifaqı #Türkiyə müdafiə sənayesi #NATO #Müdafiə sənayesi ixracı #NATO Zirvəsi #Cövdət Yılmaz #Türkiyənin vitse-prezidenti #Avro-Atlantik təhlükəsizliyi #NATO-nun Avropa sütunu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Avropa İttifaqı İran–ABŞ müharibəsi fonunda qaz təchizatından narahat deyil

    20 Avqust 2026 18:32

    Bütün müttəfiqləri müdafiə etmək üçün zəruri addımları atacağıq - NATO

    19 Avqust 2026 17:14

    "Sanksiyalar ləğv edilsin, Türkiyəyə F-35 verilsin!" — ABŞ parlamentarilərinə rəsmi məktub göndərildi

    19 Avqust 2026 14:09

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    17 Avqust 2026 20:23

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    Fransa və Qərb ölkələrinin insan hüquqları bəyanatı riyakarlıq nümunəsidir - İran XİN

    14 Avqust 2026 09:35

    Avropa İttifaqı və 26 ölkə İranda etirazçıların edamlarını pisləyib

    12 Avqust 2026 19:49

    Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

    12 Avqust 2026 13:50

    HAVELSAN yeni buludaltı avtonom PUA-sı BOZBEY-i təqdim edib

    9 Avqust 2026 23:30

    Məkkə sazişi “Terrorsuz Türkiyə” ilə əlaqəlidirmi?

    9 Avqust 2026 17:00

    Avropa ölkələrinin Hörmüz boğazında dəniz missiyası yaratmaq cəhdləri ləngiyib

    7 Avqust 2026 18:39
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.