NATO-nun baş katibi Mark Rutte ABŞ-ın İrana endirdiyi son hava zərbələrinin "tamamilə zəruri" olduğunu bildirib. Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə toplantısından əvvəl jurnalistlərə açıqlama verən Rutte deyib ki, əgər atəşkəs qüvvədə olduğu halda İran onu pozursa, ABŞ-ın buna qətiyyətli şəkildə cavab verməsi vacibdir.
#NATO Zirvəsi
Danimarkanın Baş naziri Mette Frederiksen qlobal təhlükəsizlik mühitində artan risklər fonunda Avropanın müdafiə imkanlarının gücləndirilməsinə və NATO-nun daha da möhkəmləndirilməsinə çağırış edib. Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısından əvvəl jurnalistlərə açıqlama verən Frederiksen bildirib ki, NATO tarixdə yaradılmış ən güclü hərbi alyansdır və bu status qorunub saxlanmalıdır.
NATO-da yeni dövrə qədəm qoyulur və Türkiyə müdafiə sənayesi sahəsində qlobal mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bildirib. Onun sözlərinə görə, son illərdə Türkiyənin müdafiə sənayesi əhəmiyyətli transformasiya mərhələsindən keçib. Müdafiə və aviasiya sənayesi məhsullarının ixracı son bir il ərzində 11 milyard ABŞ dollarını ötüb. İxracın yarıdan çoxu NATO müttəfiqləri və Avropa İttifaqına üzv ölkələrə həyata keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində Kanadanın Baş naziri Mark Karni ilə görüş keçirib. Görüşdə Türkiyə–Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəlikdə duran məsələlər müzakirə olunub.
Türkiyənin müdafiə sənayesi şirkətləri NATO-nun gələcək çəkindirmə strategiyasının əsasını təşkil edəcək layihələrdə iştirak edəcək. Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda bildirib.
Türkiyə 22 ildən sonra yenidən NATO liderlərinin sammitinə ev sahibliyi edir. Zirvədə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir. ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri zamanı onu müşayiət edəcək nümayəndə heyətinin tərkibi də açıqlanıb.
Türkiyənin ev sahibliyi ilə keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi Ankarada işə başlayıb. Tədbir çərçivəsində alyansa üzv 32 ölkənin dövlət və hökumət başçıları, minlərlə diplomat, jurnalist və beynəlxalq nümayəndə iştirak edir.
Türkiyənin milli müdafiə sənayesi 2025-ci ildə ixrac üzrə tarixi nəticə əldə edib. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən Müdafiə Sənayesi İşgüzar Naharında məlumat verib.
NATO Zirvəsi çərçivəsində Türkiyəyə gələn nümayəndə heyəti Anıtkabiri ziyarət edib. Heyətə Lüksemburqun NATO yanında daimi nümayəndəsi Stefan Frederik Müller rəhbərlik edib. Nümayəndələr Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Anıtkabirin Xatirə Kitabına xüsusi qeyd yazılıb. Qeyddə Atatürkün "Yurdda sülh, dünyada sülh" prinsipinin NATO-nun dəyərləri ilə uzlaşdığı vurğulanıb. Nümayəndə heyəti Türkiyəyə səfər etməkdən məmnun olduqlarını da ifadə edib. Ziyarət NATO Zirvəsi öncəsi keçirilən rəsmi proqramın tərkib hissəsi olub. Tədbir yüksək səviyyəli nümayəndələrin iştirakı ilə baş tutub.
İyulun 7-8-də keçiriləcək NATO Zirvəsi ərəfəsində Ankarada genişmiqyaslı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam edir. Türkiyə paytaxtında dövlət və hökumət başçılarının, xarici nümayəndə heyətlərinin və beynəlxalq qonaqların təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi əməliyyat planı tətbiq edilir.