Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

    6 İyun 2026 10:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qara dənizdə Türkiyə bayraqlı balıqçı gəmisinə hücum: 1 nəfər ölüb, 4 nəfər yaralanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Qara dənizdə Türkiyə bayrağı altında fəaliyyət göstərən balıqçı gəmisinə hücum nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

    Türkiyənin Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, hadisə iyunun 5-də Krım yarımadasının qərb hissəsində, Sevastopol sahilləri yaxınlığında baş verib. Türkiyə bayraqlı "Duru 67" adlı balıqçı gəmisinə hücum edilib. Hücum nəticəsində gəmi ciddi zədələnərək batıb.

    Hadisə zamanı bölgədə olan "Burak Kaya" adlı digər balıqçı gəmisi batan gəmidəki 5 yaralını xilas edib. Daha sonra İnebolu istiqamətində hərəkət edən gəmidə vəziyyəti ağır olan yaralılardan biri yolda həyatını itirib.

    Məlumat daxil olduqdan sonra Türkiyənin Sahil Mühafizə Komandanlığına məxsus "TCSG-96" gəmisi saat 12:35-də İnebolu limanından hadisə bölgəsinə doğru yola düşüb.

    Sahil mühafizə gəmisində 4 həkim, həmçinin Milli Tibbi Xilasetmə Qruplarının əməkdaşları, tibb bacıları və yardımçı tibb işçilərindən ibarət ümumilikdə 19 nəfərlik ixtisaslaşmış tibbi heyət yerləşdirilib.

    Əməliyyata cəlb olunan qüvvələr saat 19:20-də Türkiyənin axtarış-xilasetmə zonasının şimal hissəsində, İnebolu limanından 115 dəniz mili məsafədə yerləşən "Burak Kaya" balıqçı gəmisinə çatıb.

    Həlak olan balıqçının nəşi və yaralı şəxslər sahil mühafizə gəmisinə köçürülüb. Yaralılara dərhal tibbi yardım göstərilməyə başlanılıb və daha sonra gəmi İnebolu limanına qayıdış kursu götürüb.

    #Qara dəniz #Türkiyə bayrağı altında üzən gəmilər #balıqçı gəmisi #Burak Kaya adlı balıqçı gəmisi #Türkiyənin Sahil Mühafizə Komandanlığı #Sevastopol #Krım yarımadası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya Türkiyəyə gedən yük gəmisini PUA ilə vurdu - Ukrayna

    29 May 2026 11:12

    Tekirdağ limanında "yük" partlayışı - 653 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 17:15

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Rusiya İran üçün Hörmüz boğazına alternativ yol yaradır - New York Times

    9 May 2026 14:33

    Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib

    1 May 2026 21:12

    Türkiyə limanlarında rekord inşaat yükü - 9,6 milyon ton (ÖZƏL)

    19 Aprel 2026 14:00

    Türkiyənin Gemlik limanının yük qəbulu 4 milyon tonu keçib (ÖZƏL)

    16 Aprel 2026 11:20

    Hörmüz böhranına baxmayaraq Türkiyə enerji müstəqilliyini gücləndirir - Ərdoğan

    15 Aprel 2026 14:05

    Gürcüstan Türkmən neftinin idxalına hazırlaşır

    31 Mart 2026 10:19

    Qara dənizdəki partlayışın havadan deyil məhz dənizdən gələn zərbə ilə baş verdiyi bildirilir

    26 Mart 2026 11:54

    Türkiyə Rusiya-Ukrayna münaqişəsində sülh üçün hər şeyə hazırdır - Ərdoğan

    3 Yanvar 2026 17:13

    Gürcüstan 2026-cı ildən QDİƏT-ə sədrlik edəcək

    21 Dekabr 2025 18:31
    XƏBƏR LENTİ

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Livan ordusunun baş komandanı Pakistana yola düşüb

    İsrailin hərbi addımlarına qarşı beynəlxalq məhdudiyyət varmı?

    İran Körfəz hücumlarını ABŞ blokadası fonunda “strateji baxımdan çox önəmli” sayır

    Videoda hansı hadisələr əks olunub?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.