Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə regional böhranı müzakirə edib

    4 Aprel 2026 17:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə regional böhranı müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon əlaqəsi saxlayıb.

    VOA xəbər verir ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, tərəflər regional və qlobal məsələləri, eləcə də Alyansı maraqlandıran strateji mövzuları ətraflı mühakimə ediblər.

    Prezident Ərdoğan danışıq zamanı İrana qarşı hərbi müdaxilə ilə başlayan prosesin artıq "geostrateji çıxılmaz vəziyyətə" sürükləndiyini vurğulayıb. O, beynəlxalq birliyi bu müharibəni dayandırmaq üçün səyləri artırmağa çağırıb. Ərdoğan həmçinin NATO-nun Türkiyənin hava hücumundan müdafiəsinə verdiyi dəstəyin Alyansın çəkindiricilik gücünü bir daha nümayiş etdirdiyini qeyd edib.

    Görüşdə Rusiya-Ukrayna müharibəsinin sülhlə nəticələnməsi üçün Türkiyənin vasitəçilik səylərinin davam etdiyi bildirilərək, NATO-nun yaradılmasının 66-cı ildönümü münasibətilə təbriklər çatdırılıb.

    Prezident Ərdoğan 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək NATO Ankara Zirvəsinə toxunaraq, bu toplantıda Alyansı gələcək sınaqlara qarşı daha dayanıqlı və effektiv edəcək mühüm qərarların alınacağına ümid etdiyini vurğulayıb.

    #Rəcəb Tayyib Ərdoğan #NATO #Mark Rutte #Regional təhlükəsizlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    Bütün müttəfiqləri müdafiə etmək üçün zəruri addımları atacağıq - NATO

    19 Avqust 2026 17:14

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    "Sanksiyalar ləğv edilsin, Türkiyəyə F-35 verilsin!" — ABŞ parlamentarilərinə rəsmi məktub göndərildi

    19 Avqust 2026 14:09

    İran və İraq yeni mərhələnin astanasındadır - Qalibaf

    19 Avqust 2026 13:50

    Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib

    18 Avqust 2026 09:27

    Misir müdafiə sazişinə qoşula bilər - Ərdoğan

    16 Avqust 2026 11:25

    Hörmüz boğazının açılması prioritetdir - Rəcəb Tayyib Ərdoğan

    15 Avqust 2026 21:18
    XƏBƏR LENTİ

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.