Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə Milli Müdafiə Nazirliyi C-130 qəzası ilə bağlı iddialara reaksiya verib

    2 Aprel 2026 13:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə Milli Müdafiə Nazirliyi  C-130 qəzası ilə bağlı iddialara reaksiya verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), 20 hərbçinin şəhid olduğu C-130 təyyarə qəzası ilə bağlı irəli sürülən əsassız iddialara qarşı kəskin etirazını bildirərək, məsələ ilə bağlı hüquqi prosesin başladıldığını elan edib.

    VOA xəbər verir ki, nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk tərəfindən keçirilən brifinqdə Türkiyə Silahlı Qüvvələrini hədəf alan bu cür çıxışların "əsassız və ictimaiyyəti çaşdırmağa yönəlmiş" olduğu vurğulanıb.

    Nazirlik rəsmisi Azərbaycan-Gürcüstan sərhədində baş vermiş faciəvi qəza haqqında bir siyasi partiya rəhbərinin səsləndirdiyi fikirlərin heç bir real fakta söykənmədiyini diqqətə çatdırıb. Açıqlamada şəhid sayının belə yanlış ifadə edilməsinin "bədniyyətli" addım olduğu qeyd edilib. Bildirilib ki, qəza ilə bağlı texniki təhqiqat şəffaf şəkildə davam etdirilir və yekun hesabat tamamlandıqdan sonra ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, milli təhlükəsizlik mövzularında yalnız rəsmi məlumatlara etibar edilməsi çağırışı edilib.

    Brifinqdə həmçinin regional təhlükəsizlik və Montrö Boğazlar Sazişi ilə bağlı mühüm mesajlar verilib. Türkiyənin Qara dənizdə sabitliyi qoruyan təməl aktor olduğu və Montrö sazişinin müddəalarından heç bir halda güzəştə gedilməyəcəyi bəyan edilib. Nazirlik NATO-nun dəniz təhlükəsizliyi təşəbbüslərində Türkiyənin rəhbər rolunu xatırladaraq, bölgədəki minaların təmizlənməsi və sualtı infrastrukturun qorunması istiqamətində Rumıniya və Bolqarıstan ilə birgə fəaliyyətlərin aktiv şəkildə davam etdiyini bildirib.

    Türkiyə Silahlı Qüvvələrinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətlərini uğurla icra etdiyini deyən Zeki Aktürk, Azərbaycan ilə keçirilən birgə təlimlərə də toxunub. O, Qarsda başlayan "Heydər Əliyev" və Qırğızıstanda baş tutan "Sarsılmaz Qardaşlıq-2026" təlimlərinin iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı daha da gücləndirdiyini vurğulayıb. Sonda milli müdafiə sənayesinin yeni uğurları, o cümlədən yerli "Denizhan" dəniz topunun və yeni nəsil fırtına haubitsalarının ordu inventarına daxil edildiyi barədə məlumat verilib.

    #Türkiyə Milli Müdafiə Nazirliyi #MSB-dən sərt cavab: C-130 təyyarə qəzası ilə bağlı hüquqi addım atıldı #Türkiyədən Montrö mesajı: Heç bir güzəşt söz konusu ola bilməz #20 hərbçinin şəhid olduğu qəza haqqında yalan məlumatlara son qoyuldu #Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri: Qarsda yeni mərhələ #Milli Müdafiə Nazirliyi açıqladı: Silahlı Qüvvələr üçün yeni yerli silahlar #Qara dənizdə təhlükəsizlik dəhlizi: Türkiyənin rəhbərliyi ilə mühüm fəaliyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN

    20 Avqust 2026 13:21

    PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb

    20 Avqust 2026 10:11

    Türkiyədə F-16 təlim təyyarəsi qəzaya uğradı

    12 Avqust 2026 16:54

    Türkiyə 2032-ci ilə qədər SEEBRIG Qərargahına ev sahibliyi edəcək

    7 Avqust 2026 09:29

    Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

    23 İyul 2026 14:50

    Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik edib

    26 İyun 2026 12:39

    Kipr türklərinin təhlükəsizliyinə yönələn təhdidlərin qarşısı alınacaq - Türkiyə MN

    11 İyun 2026 11:26

    Azadlıq donanmasına edilən hərbi müdaxilə qəbulolunmazdır - Türkiyə Milli Müdafiə Nazirliyi

    30 Aprel 2026 13:43

    Dohada rəsmi səfərdə olan Yaşar Gülər hərbi komandanlıqda yoxlamalar həyata keçirib

    13 Aprel 2026 20:40

    Qlobal təhlükəsizlik anlayışı dəyişir - Gülər

    9 Aprel 2026 12:34

    Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib

    31 Mart 2026 11:19

    İrandan atılan ballistik raket NATO sistemləri tərəfindən məhv edilib - Türkiyə Müdafiə Nazirliyi

    30 Mart 2026 18:37
    XƏBƏR LENTİ

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.