#Türkiyənin Maşın və Kimya Sənayesi (MKE)

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən istehsal olunan "Denizhan-76" milli dəniz topunun atış sınaqları və zavod qəbul testləri uğurla başa çatıb. Sayca altıncı olan bu yeni dəniz topu, fevral ayında suya endirilən və tamamlandıqdan sonra Türkiyənin beşinci milli freqatı olacaq "AKDENİZ" gəmisində əsas silah (baş top) kimi xidmət edəcək.

Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan və istehsal edilən tam elektrikli zirehli personal daşıyıcısı E-ZPT-nin bütün kalifikasiya testləri tamamlanıb. M113 seriyalı zirehli vasitələrin modernləşdirilməsi ilə ərsəyə gələn E-ZPT 376 gün davam edən aramsız sınaqlardan sonra istifadəyə tam hazır vəziyyətə gətirilib. Layihə rəhbəri Halil Çelik bildirib ki, vasitə 3 min kilometrlik dözümlülük yürüşü, 60 dərəcəlik dik eniş-yoxuş və mənfi 32-dən müsbət 49 dərəcəyədək temperatur sınaqlarını uğurla başa vurub. Yeni nəsil texnologiyalarla təchiz edilən E-ZPT 0-dan 50 kilometr/saat sürəti cəmi 8 saniyəyə yığmaq qabiliyyətinə malikdir.