Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

    2 Fevral 2026 10:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Fərid Mikayılov

    İsrail və ABŞ mediası İrana qarşı mümkün hərbi müdaxilənin Türkiyənin fəal diplomatik vasitəçilik təşəbbüsləri nəticəsində təxirə salındığını yazır.

    AzerVoice xəbər verir ki, İsrail mətbuatı ABŞ–İran gərginliyinin azaldılması məqsədilə Rəcəb Tayyib Ərdoğanın prosesə birbaşa müdaxilə etdiyini bildirir.

    ABŞ mediası isə Türkiyəni Vaşinqton və Tehran arasında “ön sırada olan vasitəçi” kimi təqdim edir.

    Məlumata görə, Türkiyə ABŞ-ın İrana qarşı mümkün hücumlarının qarşısını almaq üçün diplomatik kanalları aktivləşdirib. Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ Prezidenti Donald Tramp, daha sonra isə İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu intensiv təmaslardan sonra Türkiyənin də daxil olduğu üçtərəfli sammit ideyası gündəmə gəlib.

    Diplomatik proses Türkiyə xarici işlər naziri Hakan Fidanın ABŞ-ın Ankaradakı səfiri Tom Barrak və İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşləri ilə davam edib. Türkiyənin bu vasitəçilik rolu ABŞ və İsrail başda olmaqla dünya mediasında geniş əks-səda doğurub.

    İsrailin “Haaretz” qəzeti yayımladığı analitik yazıda qeyd edib ki, ABŞ Prezidenti Tramp İran böhranının diplomatik yolla idarə olunması səbəbilə Türkiyəyə açıq şəkildə təşəkkür edə bilər. Qəzet yazır ki, İran Türkiyənin bu məsələdə Səudiyyə Ərəbistanından daha təsirli vasitəçi olduğunu anlayıb.

    Məqalədə bildirilir ki, ABŞ hərbi hazırlıqları davam etdirsə də, Türkiyənin öncülük etdiyi yeni diplomatik mərhələ nəticəsində İrana qarşı hərbi addım müvəqqəti olaraq təxirə salınıb. İran tərəfinin ABŞ ilə gizli təmasların Türkiyə üzərindən aparılmasına açıq mövqe sərgilədiyi vurğulanır.

    “Haaretz” yüksək rütbəli türk rəsmiyə istinadən yazır ki, Ankara İranın zənginləşdirilmiş uran ehtiyatlarının Türkiyəyə köçürülməsini və bunun Tehrana geri qaytarılmayacağına dair beynəlxalq zəmanət verilməsini təklif edə bilər. Qəzet 2010-cu ildə Türkiyə, Braziliya və İran arasında bağlanmış, lakin icra olunmamış uran razılaşmasını da xatırladır.

    İsrailin “Maariv” qəzeti isə “Ərdoğan prosesdədir” başlıqlı yazısında Ankaranın ABŞ ilə İran arasında dolayı əlaqə quraraq bölgədə yeni müharibənin qarşısını almağa çalışdığını qeyd edib.

    “New York Times” Türkiyə–İran təmaslarını manşetə çıxararaq Ankaranın həm Tehranla diplomatik əlaqələri, həm də Ərdoğan–Tramp münasibətləri sayəsində önəmli vasitəçilik roluna yüksəldiyini yazıb. ABŞ-ın “Axios” nəşri Türkiyəni ABŞ–İran xəttində “ən önəmli vasitəçi” adlandırıb. Britaniyanın “The Guardian” qəzeti də Ankaranın bölgədə əsas diplomatik mərkəzə çevrildiyini vurğulayıb.

    #İsrail #Rəcəb Tayyib Ərdoğan #İran #ABŞ #diplomatik təşəbbüslər #ABŞ–İran gərginliyi #Türkiyənin vasitəçilik rolu #İsrail mətbuatının analizi #Türkiyə ABŞ İran vasitəçi #İsrail ABŞ mediası Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    21 İyul 2026 22:48

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    21 İyul 2026 22:16

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    21 İyul 2026 21:59

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    21 İyul 2026 20:55

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    21 İyul 2026 20:27

    Tramp İranın hərbi imkanları barədə danışıb

    21 İyul 2026 20:21

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    21 İyul 2026 20:13
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.