Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə FETÖ əməliyyatı: 223 şübhəli saxlanıldı, 87-si həbs edildi

    6 Yanvar 2026 09:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə FETÖ əməliyyatı: 223 şübhəli saxlanıldı, 87-si həbs edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Nailə Babazadə

    Türkiyənin daxili işlər naziri Ali Yerlikaya FETÖ-yə qarşı aparılan əməliyyatlarla bağlı açıqlama verib. Nazir bildirib ki, son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı 223 şübhəli saxlanılıb, onlardan 87-si barəsində həbs qətimkan tədbiri seçilib.

    AzerVoice xəbər verir ki, Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd edib ki, polis əməkdaşları tərəfindən FETÖ terror təşkilatına qarşı son 20 gündə ölkə üzrə genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

    Nazirin sözlərinə görə, saxlanılan şəxslər arasında FETÖ-nün “məxfi strukturları” daxilində fəaliyyət göstərənlər, təşkilatın şifrəli rabitə proqramı ByLock istifadəçiləri, ankesörlü telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxlayanlar, həmçinin təşkilata bağlı iş adamları üzərindən maliyyə dəstəyi təmin edən şəxslər yer alır.

    Yerlikaya bildirib ki, saxlanılan 223 şübhəlidən 50-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub, digər şəxslərlə bağlı istintaq prosesləri isə davam edir.

    Əməliyyatlar Respublika Baş Prokurorluqları, Türkiyə Polis Baş İdarəsinin Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və Kəşfiyyat idarələrinin koordinasiyası ilə aparılıb. Təhlükəsizlik tədbirləri Antalya, Ankara, İstanbul, İzmir, Konya, Adana və daha 40-dan çox vilayəti əhatə edib. Əməliyyatlar zamanı barəsində qəti həbs hökmü və axtarış qərarı olan şəxslər də saxlanılıb.

    #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #FETÖ #FETÖ-nün gizli strukturu #FETÖ üzvlərinin saxlanılması #FETÖ/PDY silahlı terror təşkilatı #Türkiyədə FETÖ ilə mübarizə #FETÖ xarici maliyyə dəstəyi #FETÖ-nün hərbi çevriliş cəhdi #FETÖ ilə mübarizə #FETÖ-nün dövlətə sızması #FETÖ-nün dövlət strukturlarına sızması #FETÖ maliyyələşmə sxemləri #FETÖ qaralama kampaniyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Muhsin Yazıcıoğlu işi üzrə istintaqda yeni iddia ortaya çıxıb

    19 İyul 2026 16:31

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Azərbaycan 15 iyulda, o qaranlıq gecədə qardaşlığını nümayiş etdirdi - Birol Akgün

    15 İyul 2026 11:34

    Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

    15 İyul 2026 09:00

    15 İyul dirənişinin dünya demokratiya tarixində bənzəri yoxdur - Prezident Ərdoğan

    14 İyul 2026 10:45

    FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

    13 İyul 2026 15:22

    İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi

    10 İyul 2026 13:39

    NATO Ankara Zirvəsi zamanı axtarışda olan 4 mindən çox insan saxlanılıb

    9 İyul 2026 11:57

    Türkiyənin daxili işlər naziri Suriyaya gedir

    30 İyun 2026 11:31

    Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

    7 May 2026 09:15

    Türkiyədə 75 şəhərdə narkotik əməliyyatı keçirilib

    28 Aprel 2026 16:16

    Türkiyədə məktəb hücumlarından sonra genişmiqyaslı əməliyyat keçirilib

    21 Aprel 2026 18:55
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.