BAKI,VOA, Fərid Mikayılov
Malatya mərkəzli olmaqla Türkiyənin 17 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
VOA xəbər verir ki, əməliyyat Malatya Baş Prokurorluğunun koordinasiyası ilə Milli Kəşfiyyat Təşkilatı və polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir və digər vilayətlərdə təşkil olunub.
Bildirilib ki, təşkilatın gizli strukturlarında fəaliyyət göstərdikləri müəyyən edilən 23 şübhəli saxlanılıb.