#FETÖ/PDY silahlı terror təşkilatı

Ankara Baş Prokurorluğu tərəfindən FETÖ-nün "dövlət qurumlarındakı gizli strukturu"na qarşı aparılan istintaq çərçivəsində 3 nəfərin tutulması barədə qərar verilib. Terror Cinayətlərini İstintaq Bürosu tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində bəzi şübhəlilərin təşkilatdaxili rabitə üçün "operativ xətlərdən" istifadə etdiyi müəyyən edilib. İstintaq materiallarına görə, sözügedən 3 şəxsin təşkilatın gizli xəbərləşmə proqramı olan "ByLock"dan istifadə etdiyi təsbit olunub. Şübhəlilərdən ikisinin daha əvvəl dövlət qulluğundan xaric edildiyi, birinin isə hazırda aktiv vəzifədə olduğu bildirilir. Onların saxlanılması üçün əməliyyatlara başlanılıb.

Ankarada terror təşkilatı İŞİD və FETÖ-yə qarşı aparılan iki ayrı istintaq çərçivəsində 4 şübhəli və 6 axtarışda olan məhkum saxlanılıb. Ankara Respublika Baş Prokurorluğu Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı **İŞİD** tərkibində fəaliyyət göstərdikləri və münaqişə bölgələri ilə əlaqə saxladıqları müəyyən edilən İraq vətəndaşı 4 nəfərin saxlanıldığı bildirilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya FETÖ-yə qarşı aparılan əməliyyatlarla bağlı açıqlama verib. Nazir bildirib ki, son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı 223 şübhəli saxlanılıb, onlardan 87-si barəsində həbs qətimkan tədbiri seçilib. Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd edib ki, polis əməkdaşları tərəfindən FETÖ terror təşkilatına qarşı son 20 gündə ölkə üzrə genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Nazirin sözlərinə görə, saxlanılan şəxslər arasında FETÖ-nün “məxfi strukturları” daxilində fəaliyyət göstərənlər, təşkilatın şifrəli rabitə proqramı ByLock istifadəçiləri, ankesörlü telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxlayanlar, həmçinin təşkilata bağlı iş adamları üzərindən maliyyə dəstəyi təmin edən şəxslər yer alır.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 4 nəfər saxlanılıb. İstanbul Polis İdarəsindən verilən məlumata görə, Türkiyə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları MİT və Kəşfiyyat Şöbəsi ilə koordinasiyalı şəkildə FETÖ-nün fəaliyyətlərinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Aparılan araşdırmalar zamanı barələrində istintaq aparılan və saxlanılma və ya həbs olunma riski olan şübhəlilərin bundan yayınmaq məqsədilə saxta şəxsiyyət vəsiqələrindən istifadə etdikləri, təşkilata yaxın şəxslərin adına ev kirayələdikləri və təşkilata məxsus “hücrə evlərində” gizləndikləri müəyyən edilib.

Türkiyədə FETÖ terror təşkilatına qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 160 şübhəli saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Polis Baş İdarəsinin Terrorla Mübarizə, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat bölmələrinin koordinasiyası ilə həyata keçirilib. Məlumata görə, 39 vilayəti əhatə edən əməliyyatlar çərçivəsində saxlanılan şəxslərin FETÖ-nün şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə etdikləri, həmçinin ankesörlü telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxladıqları müəyyən edilib.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən FETÖ ilə əlaqəsi və bağlılığı müəyyən edilən, aralarında hərbçi və dövlət qulluqçularının da olduğu 22 şübhəli barəsində həbs (gözaltı) qərarı verilib. Ankara Respublika Baş Prokurorluğundan verilən açıqlamaya görə, Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ)-nün Quru Qoşunlar Komandanlığına sızmış və “gizli xidmətlər” adlandırılan şəbəkəsi ilə əlaqəli olduğu müəyyən edilən şəxslərə qarşı istintaq başlanıb.

Türkiyənin 45 vilayətində son iki həftə ərzində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 178 nəfər saxlanılıb. Onlardan 67-si həbs edilib, 48 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərlərinin istintaqı davam edir. Türkiyənin daxili işlər naziri ali Yerlikaya bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları ilə Polis Baş İdarəsinin Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə (KOM) və Kəşfiyyat İdarələrinin koordinasiyasında, vilayət polis idarələrinin müvafiq şöbələri tərəfindən həyata keçirilib.

Türkiyədə Konya mərkəzli 9 əyalətdə, FETÖ-nün gizli təşkilatlanmasına qarşı keçirilən əməliyyatda 20 şübhəli saxlanılıb. Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində, təşkilatın müəyyən strukturlarında fəaliyyət göstərdikləri müəyyən edilən 25 şübhəli üçün axtarış qərarı çıxarılmışdı. Konya Polis İdarəsinin əməkdaşları, Konya, Ankara, Kırıkkale, İzmir, Manisa, İstanbul, Kocaeli, Erzurum və Karaman şəhərlərində eyni vaxtda keçirilən əməliyyatlarda 20 şübhəliyi saxlayıb. Şübhəlilərin polis idarəsindəki araşdırmaları davam edir.

Türkiyədə son bir ay ərzində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 286 nəfər saxlanılıb, onlardan 154-ü həbs edilib. Onun sözlərinə görə, əməliyyatlar Respublika baş prokurorluqları ilə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə tabe olan Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıqla Mübarizə (KOM) və Kəşfiyyat İdarələrinin koordinasiyasında, Ankara, İstanbul və İzmir də daxil olmaqla 50 şəhərdə həyata keçirilib.

Türkiyənin Ədirnə vilayətində ölkədən qaçmağa cəhd edən 4 FETÖ üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.Ədirnə İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan əməliyyat nəticəsində FETÖ üzvləri olduğu müəyyən edilən S.S.Y., H.B., S.Y. və H.S.E. adlı şəxslər Uzunköprü rayonunun Balaban kəndində ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb. İstintaq prosesindən sonra şübhəlilər Uzunköprü Ədliyyəsinə sövq edilib və hakim qərarı ilə həbs olunub.