Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Terrorsuz Türkiyə və bölgə hədəfi üçün hər kəsin dəstəyi vacibdir - Ərdoğan

    5 Noyabr 2025 14:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Terrorsuz Türkiyə və bölgə hədəfi üçün hər kəsin dəstəyi vacibdir - Ərdoğan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti və Ədalət və inkişaf partiyası (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan TBMM-dəki partiya qrup iclasında çıxış edərək bildirib ki, Türkiyə terrorsuz bir ölkə və bölgə hədəfinə doğru yeni bir mərhələyə qədəm qoyub.

    AzerVoice xəbər verir ki, Ərdoğan vurğulayıb ki, bu prosesdə hər kəsin dəstək verməsi və mümkün qədər çox töhfə verməyə çalışması vacibdir.

    O, Türkiyə Böyük Millət Məclisinin 28-ci dönəm 4-cü qanunvericilik ilinin gərgin gündəmlə başladığını xatırladaraq, İraq və Suriya tezkerəsinin ana müxalifətin etirazlarına baxmayaraq geniş bir ittifaqla qəbul edildiyini qeyd edib. Ərdoğan bu addımın Türkiyənin təhlükəsizliyini təmin etməklə yanaşı qonşu ölkələrin də təhlükəsizlik və sülhünə töhfə verdiyini bildirib.

    Prezident çıxışında Türkiyənin başqa ölkələrin torpaqlarında marağı olmadığını və qonşuların suverenlik hüquqlarına hörmət etdiyini vurğulayıb. O, Türk Silahlı Qüvvələrinin beynəlxalq hüquq çərçivəsində hər bölgədə sülh, sabitlik və etimadın təminatçısı olduğunu qeyd edib.

    Ərdoğan həmçinin CHP-nin parlament icazəsinə qarşı çıxmasını “anlamaq və qəbul etmək mümkün deyil” deyə tənqid edib, müxalifətin “mənasız arqumentlərlə” və “özləri də inanmadığı bəhanələrin arxasında gizlənərək” etiraz etdiyini bildirib.

    #Rəcəb Tayyib Ərdoğan #Türkiyə Silahlı Qüvvələri #AK Parti #Türkiyə Böyük Millət Məclisi (TBMM) #Ədalət və İnkişaf Partiyası (AKP) #Cümhuriyyət Xalq Partiyası (CHP)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb

    20 Avqust 2026 10:11

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib

    18 Avqust 2026 09:27

    Misir müdafiə sazişinə qoşula bilər - Ərdoğan

    16 Avqust 2026 11:25
    XƏBƏR LENTİ

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.