Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin müdafiə və aviasiya sənayesinin ixracı 10 ayda 6,7 milyard dollara çatıb

    4 Noyabr 2025 16:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin müdafiə və aviasiya sənayesinin ixracı 10 ayda 6,7 milyard dollara çatıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin müdafiə və aviasiya sənayesinin 2025-ci ilin ilk 10 ayında ümumi ixrac həcmi 6,7 milyard ABŞ dolları olub.

    AzerVoice xəbər verir ki,bu barədə Türkiyə Prezidentliyinin Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri professor Haluk Görgün sosial media hesabında məlumat paylaşıb.

    Görgün bildirib ki, təkcə oktyabr ayında sektorun ixracı 708 milyon dollara çatıb. O, qeyd edib ki, ilin ilk 10 ayında xidmət ixracı istisna olmaqla ümumi ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 6,7 milyard dollara yüksəlib.

    “Bu artımla birlikdə müdafiə və aviasiya sənayemizin Türkiyənin ümumi ixracındakı payı 3,5 faizə çatıb. Sektorun davamlı ixrac uğuru dünyanın müxtəlif bölgələrində həyata keçirdiyimiz müdafiə sənayesi əməkdaşlıqlarının nəticəsidir. Eyni qətiyyətlə bu istiqamətdə fəaliyyətimizi davam etdiririk,” — deyə Görgün vurğulayıb.

    Görgün həmçinin yüksək texnologiyalı və əlavə dəyəri yüksək məhsullarla qlobal miqyasda daha güclü Türkiyə üçün çalışan SSB əməkdaşlarına, şirkətlərə və bütün tərəfdaşlara təşəkkür edib və uğurlar arzulayıb.

    #Türkiyə müdafiə sənayesi #Haluk Görgün #müdafiə sənayesi məhsulları #müdafiə sənayesi #Türkiyə Müdafiə Nazirliyi #Aviasiya bazarı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

    12 Avqust 2026 13:50

    HAVELSAN yeni buludaltı avtonom PUA-sı BOZBEY-i təqdim edib

    9 Avqust 2026 23:30

    Məkkə sazişi “Terrorsuz Türkiyə” ilə əlaqəlidirmi?

    9 Avqust 2026 17:00

    ABŞ raket əleyhinə sistemlərin istehsalını artırmaq üçün yeni saziş imzalayıb

    3 Avqust 2026 19:24

    KAAN layihəsində növbəti uğur əldə olunub

    31 İyul 2026 15:10

    ROKETSAN süni intellekt üzrə "Hackathon" müsabiqəsinə qeydiyyata başlayıb

    29 İyul 2026 16:06

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    27 İyul 2026 21:59

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    27 İyul 2026 21:38

    Almaniya İsrailə rekord həcmdə silah ixracını təsdiqləyib

    27 İyul 2026 19:17

    Süni intellekt şirkətləri qlobal müdafiə strategiyalarını necə dəyişir?

    27 İyul 2026 18:05
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.