Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Suriya xalqını dəstəkləməyə davam edəcəyik - Hakan Fidan

    7 Avqust 2025 21:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya xalqını dəstəkləməyə davam edəcəyik - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – Türkiyə olaraq Suriya xalqının yanında olmağa və onların iradəsini dəstəkləməyə davam edəcəyik.

    AzerVoice xəbər verir ki, bu sözlər Türkiyənin xarici işlər naziri Hakan Fidanın Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşündən sonra "X" sosial şəbəkəsində yaydığı paylaşımda yer alıb.

    “Bu gün, Əsəd rejiminin devrilməsindən sonra doqquz ay ərzində üçüncü dəfə Dəməşqi ziyarət edirəm. Hər səfərimdə Suriyanın bir çox sahədə irəliləyiş əldə etdiyinin şahidi oluram” - deyə, o bildirib.

    O, iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində qərarlı olduqlarını vurğulayıb.

    Fidanın sözlərinə görə, görüş zamanı ticarət, sərmayə, nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, Suriyanın yenidən qurulması üçün ikitərəfli və regional səviyyədə atıla biləcək addımlar da dəyərləndirilib.

    Nazir bildirib ki, görüşdə xüsusilə təhlükəsizlik məsələləri ön planda olub.

    “Suriya ərazilərinin suverenliyinə və siyasi birliyinə yönəlmiş daxili və xarici təhdidlər müzakirə olundu. Türkiyə olaraq, Suriyanın terror təşkilatlarına qarşı mübarizəsini dəstəkləməyə davam edəcəyik” - deyə, o qeyd edib.

    O əlavə edib ki, Suriyanın şimal-şərqindəki düşərgələrin idarə olunması və təhlükəsizliyinin təmin olunması məsələsində Dəməşq rəhbərliyinə dəstək verməyə hazır olduqlarını bir daha bəyan ediblər.

    Fidan bildirib ki, İsrailin Suriyanı hədəf alan siyasəti də müzakirə olunub.

    “Suriya xalqı daha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsət əldə edib. Suriya hökuməti ölkəni daha sabit, təhlükəsiz və rifahlı etmək üçün eyni vaxtda bir çox çətinliklə mübarizə aparır. Bu çətinliklərin aşılması üçün ABŞ və Avropa ölkələri başda olmaqla, beynəlxalq ictimaiyyətin dəstəyi olduqca vacibdir” - deyə, o vurğulayıb.

    Nazir qeyd edib ki, İsrail bölgədə sabitliyi pozmağa yönəlmiş siyasət aparır və bu siyasətə qarşı çıxmaq beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #Türkiyə #İsrail #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Suriya #rəsmi görüş #ikitərəfli əməkdaşlıq #ikitərəfli görüş #Türkiyə və Suriya arasında nəqliyyat sahəsində əməkdaşlıq #Əhməd əş-Şəraa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    21 İyul 2026 22:02

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    21 İyul 2026 20:10

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    21 İyul 2026 20:00

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18
    XƏBƏR LENTİ

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    ABŞ Maliyyə Nazirliyi Pakistanın iqtisadi islahatlarını yüksək qiymətləndirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.