Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin vitse-prezidenti İsrailin Qəzzaya humanitar yardımın girişinə mane olmasını pisləyib

    27 İyul 2025 20:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin vitse-prezidenti İsrailin Qəzzaya humanitar yardımın girişinə mane olmasını pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasını sərt şəkildə pisləyib.

    AzerVoice xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində yazıb.

    “Uşaqları və qadınları aclığa məhkum edən İsrailin Baş naziri Netanyahunun hakimiyyəti, humanitar yardımları əngəlləməklə soyqırım, etnik təmizləmə və işğal siyasətlərini amansızcasına davam etdirir. Bu yanaşma artıq sözün bitdiyi yerdir. Belə bir vəhşiliyin baş verdiyi bir dünyada heç kim gələcəyə ümidlə baxa bilməz. Bu mənzərəyə rəğmən İsrailə dəstək verən bütün tərəflər tarixdə qaranlıq səhifələrdə yer alacaq və bu insanlıq cinayətinin ortaq iştirakçıları kimi xatırlanacaqlar” - deyə, o bildirib.

    Yılmaz, həmçinin beynəlxalq qurumlara və dövlətlərə də çağırış edib.

    “Beynəlxalq qurumlar və məsuliyyət daşıyan dövlətlər Netanyahu hakimiyyəti üzərindəki təzyiqləri artırmalı və bu faciəyə son qoymalıdır. İsrail hakimiyyətinin olduqca qısa müddətli və formal addımları, ictimai rəyi sakitləşdirmək və qətliamlarını davam etdirmək üçün göstərilən bir illyuziyadır. Humanitar yardım fasiləsiz və yetərli səviyyədə təmin edilməlidir. Türkiyə olaraq bütün imkanlarımızla zülmə uğrayan Fələstin xalqının yanında olmağa davam edəcəyik” - deyə, o vurğulayıb.

    Qeyd edək ki, İsrail ordusu Qəzzaya humanitar yardımların havadan çatdırılmasının bərpa olunduğunu və BMT karvanlarının ərzaq və dərman daşımaları üçün təhlükəsiz keçid dəhlizlərinin yaradıldığını açıqlayıb.

    #Türkiyə #Qəzza #İsrail #Cevdet Yılmaz #Qəzza zolağı #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzzədə humanitar böhran #Qəzza humanitar böhranı #Humanitar yardım layihələri #Qəzza humanitar planı #Qəzzada humanitar böhran 2025 #Qəzza humanitar böhran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26
    XƏBƏR LENTİ

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.