Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər / Gündəm
    Gündəm

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    İsrail Baş nazirinin həyat yoldaşı Sara Netanyahu müxalifət liderlərindən birinin HƏMAS-ın 7 oktyabr 2023-cü il hücum planından əvvəlcədən xəbərdar olduğunu iddia edib. "Agence France-Presse" (AFP) xəbər verir ki, bu bəyanat İsrail müxalifətində kəskin qəzəb doğurub və 27 oktyabrda keçirilməsi planlaşdırılan parlament seçkilərinə iki aydan az vaxt qalmış ölkədəki dərin siyasi qütbləşməni yenidən üzə çıxarıb.

    Bütün İsrail Sara Netanyahudan və ölkənin gələcəyindən danışır Bütün İsrail Sara Netanyahudan və ölkənin gələcəyindən danışır

    İsrailin "14-cü Kanal" televiziyasında yayımlanan müsahibəsində Sara Netanyahu İsrail ordusunun Baş Qərargah rəisinin sabiq müavini və sol-mərkəzçi "Demokratlar" partiyasının lideri Yair Qolana hücum edib. O bildirib ki, 7 oktyabr 2023-cü ildə "Baş nazir də daxil olmaqla heç kimin heç nədən xəbəri olmadığı bir vaxtda" Qolan artıq sübh saatlarından etibarən geyinmiş və tam hazır vəziyyətdə idi.

    İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

    Yair Qolanın partiyası Sara Netanyahunun bu sözlərini kəskin pisləyərək onu "alçaq və çaşdırıcı" bəyanat adlandırıb.

    "General-mayor Yair Qolana qarşı konspiroloji nəzəriyyələr yaymaq və onun 7 oktyabrdakı qəhrəmanlığına ləkə yaxmaq qırmızı xəttin keçilməsidir və dəlilik həddinə çatmaqdır".-deyə o bildirib.

    Sabiq Baş Qərargah rəisi və Netanyahunun əsas rəqiblərindən biri olan Qadi Ayzenkot da Baş nazirin xanımının irəli sürdüyü fikirləri "ağılsız xəyanət nəzəriyyəsi" adlandırıb. Ayzenkot vurğulayıb ki, bu cür çıxışlar yalnız nifrəti qızışdırmaq və Netanyahunun hakimiyyətini uzatmaq məqsədi daşıyır.

    İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?

    Sara Netanyahunun ittihamları İsrailin siyasi dairələrində yayılan konspiroloji fikirləri əks etdirir. Avqust ayında "13-cü Kanal" tərəfindən keçirilən rəy sorğusuna əsasən, israillilərin 40 faizi, hakim sağçı koalisiyanın tərəfdarlarının isə 63 faizi 7 oktyabr hücumunun arxasında "daxili xəyanətin" dayandığına inanır.

    İsrail tarixində ən uzun müddət hakimiyyətdə qalan və özünü daim ölkə təhlükəsizliyinin təminatçısı kimi təqdim edən Binyamin Netanyahu isə hücuma görə məsuliyyəti üzərindən atmağa davam edir və təhlükəsizlik rəsmilərinin onu vaxtında yuxudan oyatmalı olduğunu iddia edir.

    Rəsmi İsrail rəqəmlərinə əsaslanan AFP-nin hesablamalarına görə, 7 oktyabr hücumu nəticəsində 1221 nəfər həlak olub və 251 nəfər Qəzza zolağına girov aparılıb. Qəzzada fəaliyyət göstərən və məlumatları BMT tərəfindən etibarlı sayılan Səhiyyə Nazirliyinin açıqlamasına görə isə, İsrailin Qəzzada apardığı müharibə nəticəsində 73 mindən çox insan həyatını itirib.

    #Benyamin Netanyahu #Netanyahu #Binyamin Netanyahu #Air France #Netanyahu və Donald Tramp görüşü #Netanyahu administrasiyasının Suriya siyasəti #Netanyahu və Suriya məsələsi #Netanyahu 7 Oktyabr istintaqı #İsraildə parlament seçkiləri 2026 #İsrail parlament seçkiləri #Yair Qolan #ABŞ Konqres seçkiləri 2026 aralıq seçkiləri #Sara Netanyahu #14-cü Kanal #Sara Netanyahu 7 oktyabr açıqlaması #Yair Qolan Demokratlar partiyası İsrail #İsrail parlament seçkiləri 2026 #Binyamin Netanyahu 7 oktyabr məsuliyyəti #HƏMAS 7 oktyabr hücumu və girovlar #Sara Netanyahu 7 October foreknowledge claims #Yair Golan The Democrats party Israel #Channel 14 Israel Sara Netanyahu interview #Channel 13 poll internal treason conspiracy Israel #Outrage in Israel: Yair Golan condemns Prime Minister's wife over conspiracy claims
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    27 Avqust 2026 12:57

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    27 Avqust 2026 09:37

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    ABŞ senatorları Netanyahunu İordan çayının qərb sahilində zorakılığı dayandırmağa çağırıblar

    26 Avqust 2026 20:07

    İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək - Netanyahu

    26 Avqust 2026 18:22

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    25 Avqust 2026 21:03
    XƏBƏR LENTİ

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.