Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə və Pakistan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası keçiriləcək

    8 İyul 2025 15:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Pakistan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası  keçiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər 9 iyulda Pakistana rəsmi səfər edəcəklər.

    AzerVoice xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi əsas mövzu olacaq.

    Türkiyə nümayəndə heyətinin Pakistan Baş naziri Şahbaz Şərif, Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, eləcə də Quru Qoşunları komandanı general Asim Munirlə görüşlər keçirməsi planlaşdırılır. Fidanın bu səfərdə məqsədi, iki ölkə arasında onsuz da güclü olan münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi niyyətini təsdiqləməkdir.

    Nazir Fidan həmçinin təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizə, enerji və kritik minerallar, müdafiə sənayesi və regional sabitlik mövzularında əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparacaq. O, fevral ayında İslamabadda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının nəticələrini nəzərdən keçirəcək və 2026-cı ildə Türkiyədə baş tutacaq növbəti toplantıya hazırlıq prosesini dəyərləndirəcək.

    Qeyd edək ki, Türkiyə və Pakistan arasında münasibətlər 2009-cu ildən Yüksək Səviyyəli Əməkdaşlıq Şurası formatında inkişaf edir. İndiyədək 7 iclas keçirilmiş, 100-dən çox sənəd imzalanmışdır. 2026-cı ildə keçiriləcək səkkizinci toplantı üçün hazırlıqlar davam edir.

    Ticarət əlaqələri də genişlənməkdədir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb. Hədəf isə bu rəqəmi 5 milyard dollara çatdırmaqdır. Türkiyə şirkətləri Pakistanda 3,5 milyard dollar dəyərində 72 layihə icra edib.

    Səfər zamanı Fidanın həmçinin Pakistan-Hindistan münasibətlərindəki gərginliyə toxunaraq Türkiyənin bölgədə sabitlik və sülhə töhfə verməyə hazır olduğunu bəyan etməsi gözlənilir.

    #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Pakistan #Yaşar Gülər #Türkiyə-Pakistan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    22 İyul 2026 22:26

    ABŞ Maliyyə Nazirliyi Pakistanın iqtisadi islahatlarını yüksək qiymətləndirib

    22 İyul 2026 20:48

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37

    Pakistan husilərin Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək cəhdlərindən narahatdır

    22 İyul 2026 18:11

    Türkiyə XİN Husilərin Səudiyyə blokadasını qınadı

    22 İyul 2026 16:54

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    21 İyul 2026 20:31

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    İranın daxili işlər naziri nümayəndə heyəti ilə Pakistana səfər edib

    20 İyul 2026 19:31

    Kanada ABŞ və İranı təmkinli olmağa çağırıb

    20 İyul 2026 18:37

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.