Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Hakan Fidan, BRIKS Zirvəsində İştirak Edəcək

    5 İyul 2025 16:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hakan Fidan, BRIKS Zirvəsində İştirak Edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, 6-7 iyul tarixlərində Braziliyada keçiriləcək 17-ci BRİKS Liderlər Zirvəsində Rəcəb Tayyip Ərdoğanı təmsil edəcək.

    AzerVoice xəbər verir ki, Fidan, üzv olmayan ölkələrin də dəvət olunduğu "Çox Tərəfli Yanaşmanın Gücləndirilməsi, İqtisadi-Maliyyə Məsələləri və Süni İntellekt" və "Ətraf Mühit, COP30 və Qlobal Sağlamlıq" mövzuları ilə bağlı sessiyalarda iştirak edəcək.

    Fidanın iştirak edəcəyi sessiyalarda, qlobal çətinliklərin həllində çox tərəfli yanaşmanın qorunması və effektivliyinin artırılmasının vacibliyini vurğulaması, BRİKS platformasının rolunu önə çıxarması, Türkiyənin xüsusilə Qəzza da daxil olmaqla Yaxın Şərqdəki böhranlara qarşı prinsipial, konstruktiv və humanitar yanaşmasını açıqlaması və İsrailin təcavüzkarlığının regional sülh, təhlükəsizlik və inkişaf baxımından yaratdığı təhdidləri diqqətə çatdırması gözlənilir.

    Türkiyənin qlobal rifahın yalnız əməkdaşlıq, dialoq və sabitlik əsaslı yanaşmalarla əldə edilə biləcəyini; hərbi münaqişələrin və ticarət müharibələrinin bu məqsədə xidmət etmədiyini vurğulaması gözlənilən Fidan, ədalətli və proqnozlaşdırıla bilən bir beynəlxalq ticarət sisteminin əhəmiyyətinə diqqət yetirəcək.

    Fidanın, iqlim dəyişikliyi, ətraf mühit, davamlı inkişaf və qlobal sağlamlıq məsələlərində ortaq məsuliyyət anlayışı ilə hərəkət edilməsinin vacibliyini vurğulaması və Türkiyənin bu sahələrdəki konkret töhfələrini paylaşması Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində həyata keçirdiyi layihələr və hazırladığı hüquqi tənzimləmələrə toxunması gözlənilir.

    Türkiyənin davamlı bir süni intellekt və qabaqcıl texnologiya ekosistemi qurmağa yönəlmiş vizyonunu paylaşacaq olan Fidanın, qlobal səviyyədə yoxsulluğu azaltmaq, bərabərsizliyi aradan qaldırmaq və ölkələr arasındakı inkişaf uçurumunu aradan qaldırmaq üçün daha həssas və inkluziv çox tərəfli sistemlərin vacibliyini ifadə etməsi planlanır.

    Fidanın, Zirvə çərçivəsində ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

    Zirvənin ilk günü, üzv ölkələrin iştirakı ilə "Sülh və Təhlükəsizlik, Qlobal İdarəetmə İnqilabı" mövzusunda sessiya keçiriləcək.

    Hakan Fidanın qatılacağı sessiyalarda 11 üzv, 10 ortaq və Türkiyə də daxil olmaqla 8 dəvətli ölkə ilə yanaşı, 9 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək. Türkiyə ilə birlikdə Azərbaycanın, Fələstinin, Keniya, Kolumbiya, Meksika, Çili və Uruqvayın da dəvət edilən ölkələr arasında yer aldığı bildirilir.

    Sessiyalar çərçivəsində geosiyasi məsələlər, çox tərəflilik, iqtisadi inkişaflar, süni intellekt, ətraf mühit və qlobal sağlamlıq daxil olmaqla müxtəlif mövzular müzakirə ediləcək.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Rusiya #Hakan Fidan #BRİKS #Braziliya #İqlim dıyişikliyi #BRİKS və çoxtərəfli ticarət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankarada təlim helikopteri qəzaya uğrayıb - Pilot həlak olub

    22 İyul 2026 12:04

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Lavrov BƏƏ-nin xarici işlər naziri ilə Körfəzdəki vəziyyəti müzakirə edib

    18 İyul 2026 20:15

    AK Partiya yeni Konstitusiya təşəbbüsünü davam etdirir, referendum planlaşdırılır

    18 İyul 2026 14:24

    Böyük Britaniya SEPAH-a dəstəyi cinayət elan adlandırıb

    17 İyul 2026 19:48

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48
    XƏBƏR LENTİ

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    Misirdə fəaliyyət göstərən azərbaycanlı alim Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub

    ABŞ aviaşirkətləri Livana uçuşlar həyata keçirə bilər

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    Səudiyyədə istifadəsiz torpaqlar tikintiyə cəlb olunacaq

    Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanunda dəyişiklikləri təsdiqləyib

    Türkiyədə Misir kapitallı yeni şirkətlərin sayı artıb – TOBB

    Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişini təsdiqləyib – Səudiyyə nüvə silahına hazırlaşır?

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    Yaxın Şərqdə sabitliyi pozan qüvvə İrandır - Rubio

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.