Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    ASELSAN dünya müdafiə sənayesində ilk 20-yə daxil olub

    30 May 2025 16:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ASELSAN dünya müdafiə sənayesində ilk 20-yə daxil olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ASELSAN dünyanın ən yüksək bazar dəyərinə malik 18-ci müdafiə şirkəti olub.

    AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə sənayesində aparıcı rol oynayan ASELSAN, Companies Market Cap platformasının yayımladığı siyahıya əsasən dünyanın ən yüksək bazar dəyərinə malik 18-ci müdafiə şirkəti seçilib.

    Şirkətin bazar dəyəri hazırda 15,18 milyard ABŞ dolları təşkil edir.

    Siyahıda ABŞ-ın RTX şirkəti 180 milyard dollarlıq bazar dəyəri ilə birinci yerdə qərarlaşıb. Onu ardıcıl olaraq Honeywell (144 milyard dollar) və Fransanın Safran şirkəti (124 milyard dollar) izləyir. F-35 layihəsi ilə tanınan Lockheed Martin isə 110 milyard dollarla 4-cü pillədədir. İlk onluqda həmçinin Rheinmetall (5-ci), BAE Systems (6-cı), General Dynamics (7-ci), Northrop Grumman (8-ci), Thales (9-cu) və L3Harris Technologies (10-cu) kimi dünya nəhəngləri yer alıb.

    1975-ci ildə Kipr Sülh Hərəkatından sonra Türkiyəyə tətbiq olunan embarqolara cavab olaraq qurulan ASELSAN, bu gün hərbi rabitə sistemlərindən tutmuş hava hücumundan müdafiə, elektro-optik kəşfiyyat və elektron müharibə sistemlərinə qədər geniş sahələrdə məhsullar təqdim edir.

    ASELSAN həmçinin 2025-ci ildə Borsa İstanbul-un BIST 100 indeksində ən yüksək bazar dəyərinə malik şirkətlərdən birinə çevrilib. Şirkətin ixrac göstəricilərində də davamlı artım müşahidə olunur.

    Qeyd edək ki, ASELSAN uzun illərdir yerli və milli texnologiyaların inkişafında əsas lokomotivlərdən biri kimi çıxış edir və Türkiyənin strateji texnoloji müstəqillik yolunda önəmli rol oynayır.

    #Türkiyə #ASELSAN #ABŞ #Türkiyə müdafiə sənayesi #Müdafiə sənayesində ixrac uğurları #ASELSAN 2025 maliyyə nəticələri #ASELSAN ixrac müqavilələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    20 İyul 2026 22:35

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    20 İyul 2026 22:21

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    ABŞ hərbçiləri öldürülərsə, İrana qarşı daha çox hücum olacaq - Tramp

    20 İyul 2026 21:08

    Bir gəmi hərəkətsiz vəziyyətə salınıb, yeddi gəmi yönləndirilib - CENTCOM

    20 İyul 2026 20:47

    ABŞ Şiraza hava zərbəsi endirib - İran

    20 İyul 2026 20:36

    İslamabad anlaşmasından sonra nə dəyişdi? ABŞ, İran və Körfəz ölkələri yeni mərhələdə

    20 İyul 2026 20:17

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    20 İyul 2026 20:09

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    Hindistan vətəndaşlarına İrana səfərləri təxirə salmağı tövsiyə edib

    20 İyul 2026 19:19
    XƏBƏR LENTİ

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

    Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

    İraq şirkətləri Türkiyəyə 234 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.