Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə kibercinayətlərə qarşı irimiqyaslı əməliyyat keçirilib

    28 Aprel 2025 11:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə kibercinayətlərə qarşı irimiqyaslı əməliyyat keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin 8 şəhərində keçirilən kibercinayətkarlığa qarşı əməliyyatda 169 şübhəli saxlanılıb.

    AzerVoice xəbər verir ki, Türkiyənin 8 şəhərində kibercinayətkarlığa qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 169 nəfər şübhəli saxlanılıb.

    Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, Respublika Baş Prokurorluğunun rəhbərliyi və Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə İdarəsinin koordinasiyası ilə Afyonkarahisar, Yalova, İstanbul başda olmaqla, digər vilayətlərdə də əməliyyatlar keçirilib.

    Əməliyyatlar çərçivəsində saxlanılan şübhəlilər barəsində ağır fırıldaqçılıq, qanunsuz mərc fəaliyyəti, uşaqlara qarşı onlayn istismar, informasiya sistemlərinə qanunsuz müdaxilə və şəxsi məlumatların qanunsuz əldə edilməsi ilə bağlı araşdırmalar başlanıb.

    Saxlanılan 169 şübhəlidən 20-si həbs edilib, 43 nəfərə məhkəmə nəzarəti tətbiq olunub, digər şübhəlilərlə bağlı hüquqi proseslər davam edir. Əməliyyatlar zamanı böyük miqdarda rəqəmsal materiallar da ələ keçirilib.

    Yerlikaya sosial media hesabında etdiyi paylaşımda "Qubernatorlarımızı, əməliyyatları koordinasiya edən baş prokurorlarımızı və əməliyyatlarda iştirak edən qəhrəman polislərimizi təbrik edirəm. Xalqımızı bir daha xəbərdar edirik: tanımadığımız şəxslərə pul göndərməyək, asan qazanc vəd edən təkliflərə aldanmayaq. Unutmayaq: kibercinayətkarlığa qarşı ən güclü sipər maarifləndirmədir" - deyə qeyd edib.

    “Siber Suçlarla Mücadele Kapsamında 169 Şüpheli Yakalandı”

    8 il merkezli “Yasa Dışı Bahis, Nitelikli Dolandırıcılık, Çevrimiçi Çocuk Müstehcenliği ve Tacizi, Bilişim Sistemlerine Girme” suçlarına yönelik düzenlediğimiz operasyonlarda; 169 şüpheli yakalandı.
    Şüphelilerden;
    … pic.twitter.com/9vwhwkAB4a

    — Ali Yerlikaya (@AliYerlikaya) April 28, 2025
    #Türkiyə #İstanbul #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Kiberdələduzluq #kibercinayətkarlıq #İstanbul Respublika Baş Prokurorluğu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39

    Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib

    14 İyul 2026 13:01

    15 İyul dirənişinin dünya demokratiya tarixində bənzəri yoxdur - Prezident Ərdoğan

    14 İyul 2026 10:45

    FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

    13 İyul 2026 15:22
    XƏBƏR LENTİ

    Türkiyənin diplomatik səyləri İranı parçalama planının qarşısını aldı - Əraqçi

    Cənubi Koreya vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı

    Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib

    Prezident İlham Əliyev İspaniya Kralını DÇ-2026-dakı qələbə münasibətilə təbrik edib

    Türkiyəli qadın 75 yaşında milyoner olub

    Türkiyə polisi 3 min ədəd ballistik qoruyucu dəbilqə alacaq

    Çin şirkətləri Türkiyəyə 356 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    Azərbaycan şirkətləri Türkiyəyə 237 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    ABŞ-ın İordaniya və Küveytdəki hərbi bazalarına zərbələr endirmişik - SEPAH

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.