BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Təhlükəsizlik Baş İdarəsi xüsusi təyinatlı polis qüvvələri üçün 3 min ədəd “High Cut” tipli ballistik qoruyucu dəbilqənin alınmasına dair açıq tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət dəbilqələri 150 təqvim günü ərzində bir dəfəyə Ankaradakı Xüsusi Əməliyyatlar İdarəsinin anbarlarına təhvil verməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 5 avqust 2026-ci il tarixinə qədər "E.G.M. Destek Hizmetleri Daire Başkanlığı - Ayrancı Mah Dikmen Caddesi No:11 06100 Çankaya / Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir