Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyəli qadın 75 yaşında milyoner olub

    20 İyul 2026 13:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyəli qadın 75 yaşında milyoner olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda 75 il gizli qalan ailə sirri məhkəmə qərarı və DNA testi ilə üzə çıxıb. Uzun illər bioloji atasının kim olduğunu bilməyən Kalbiye Sağlam aparılan hüquqi mübarizədən sonra iş adamı Niyazi Üzmezin qızı olduğunu sübuta yetirib və milyardlarla türk lirəsi dəyərində mirasa hüquqi varis olub.

    Hadisənin əsası 1950-ci illərə təsadüf edir. İddialara görə, həmin dövrdə 21 yaşlı Ümit Etyüzen və 16 yaşlı Niyazi Üzmez arasında münasibət olub. Etyüzenin hamilə qalmasından sonra ailənin qərarı ilə onun Enver Zorlukaya ilə evləndirildiyi və dünyaya gələn Kalbiyenin Zorlukaya soyadı ilə qeydiyyata alındığı bildirilir.

    Uzun illər ailə daxilində saxlanılan bu sirr Kalbiyenin həyatının böyük hissəsində gizli qalıb. Onun anası Ümit Etyüzen və Enver Zorlukaya Turgutluda fəaliyyət göstərən kərpic zavodunun ərazisində yaşayıb, Etyüzen isə həmin müəssisədə müxtəlif işlərdə çalışıb.

    Əsl atasının yanında illərlə çalışıb

    Kalbiye Sağlam böyüdükdən sonra da bilmədən bioloji atasının yaxınlığında həyatını davam etdirib. O, illər ərzində Niyazi Üzmezin evində, iş yerində və Çeşmədə yerləşən yay evində çalışıb.

    14 yaşında ailə quran Kalbiye daha sonra Manisaya köçüb. Həyat yoldaşının ölümündən sonra iki övladı ilə Turgutluya qayıdan qadın, qohumu hesab etdiyi Niyazi Üzmezin yanında işləməyə başlayıb.

    Ailə sirri uzun müddət qorunub. Kalbiyenin anası Ümit Etyüzen 1996-cı ildə 66 yaşında dünyasını dəyişib. Niyazi Üzmez isə rəsmi nikahda olduğu İnci Üzmezlə ailə quraraq üç övlad sahibi olub.

    Etirafdan sonra məhkəməyə müraciət etdi

    Məlumata görə, Niyazi Üzmez 2022-ci ildə Turgutluda keçirilən görüş zamanı Kalbiye Sağlama onun bioloji atası olduğunu bildirib. Bu etirafdan sonra 75 yaşlı qadın qohumluq əlaqəsinin hüquqi şəkildə tanınması üçün məhkəməyə müraciət edib.

    Niyazi Üzmez həmin ilin sonunda 88 yaşında vəfat edib. Məhkəmə araşdırması zamanı onun meyitindən və Kalbiyenin anası Ümit Etyüzenin məzarından götürülən nümunələr İzmir Ədliyyə Tibb Qurumu tərəfindən təhlil olunub.

    DNA ekspertizası nəticəsində Niyazi Üzmezin Kalbiye Sağlamın bioloji atası olması 99,9 faiz ehtimalla təsdiqlənib.

    İki zavod və 30 daşınmaz əmlakdan pay aldı

    Turgutlu İkinci Ailə Məhkəməsinin qərarı ilə Kalbiye Sağlam hüquqi olaraq Niyazi Üzmezin övladı kimi tanınıb və Üzmez soyadını götürüb.

    Məhkəmə qərarından sonra o, iş adamının dördüncü övladı kimi miras hüququ əldə edib. Miras siyahısına iki kərpic zavodu və təxminən 30 daşınmaz əmlakın daxil olduğu, ümumi dəyərinin isə təxminən 1 milyard türk lirəsi olduğu bildirilib.

    Hadisə Türkiyədə ailə sirrlərinin hüquqi nəticələri, DNA analizlərinin qohumluq əlaqələrinin müəyyənləşdirilməsində rolu və miras hüququ baxımından geniş rezonans doğurub.

    #Türkiyənin Manisa vilayəti #Turgutlu rayonu #DNA testi #Kalbiye Sağlam #Niyazi Üzmez
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk rep səhnəsinin yüksələn ulduzu - BLOK3 haqqında nə bilirik?

    20 İyul 2026 15:21

    Türkiyənin diplomatik səyləri İranı parçalama planının qarşısını aldı - Əraqçi

    20 İyul 2026 15:02

    Türkiyəli qadın 75 yaşında milyoner olub

    20 İyul 2026 13:55

    Çin şirkətləri Türkiyəyə 356 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    20 İyul 2026 13:15

    Azərbaycan şirkətləri Türkiyəyə 237 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    20 İyul 2026 12:22

    ABŞ şirkətləri Türkiyəyə 9 milyard lirəlik yatırım edib (ÖZƏL)

    20 İyul 2026 10:00

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

    19 İyul 2026 19:10

    Muhsin Yazıcıoğlu işi üzrə istintaqda yeni iddia ortaya çıxıb

    19 İyul 2026 16:31

    Ahbap Fondu ilə bağlı istintaqda Oğuzhan Uğur dindirilib

    19 İyul 2026 15:57

    Bahçeli Aİ-nin KKTC ilə bağlı mövqeyini tənqid edib: Qərarlar Brüsseldə verilə bilməz

    19 İyul 2026 15:40

    Türkiyədə ümumilikdə 2 milyondan çox vətəndaş yaşayış yerini dəyişib - TÜİK

    19 İyul 2026 10:46
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.