Bakı,
AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan parlamentinin
sədri Dünyagözəl Gülmanovanı Prezident Külliyəsində qəbul edib.
AzerVoice xəbər verir ki , görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da iştirak edib.
Mətbuata qapalı keçirilən, ikitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Türkiyə və Türkmənistan arasında parlament diplomatiyasının gücləndirilməsi, regional məsələlər və əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.