Yaxın Şərqdə davam edən müharibə fonunda Türkiyə Şimali Kiprdə təhlükəsizliyi gücləndirmək məqsədilə hərbi mövcudluğunu artırıb. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, regionda baş verən son hadisələr nəzərə alınaraq Şimali Kipr Türk Respublikasına altı ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirilib.Nazirliyin bəyanatında bildirilib ki, bu addım bölgədə təhlükəsizliyi gücləndirməyə yönəlmiş mərhələli planlaşdırmanın bir hissəsidir və vəziyyətin inkişafından asılı olaraq əlavə tədbirlərin görülməsi də istisna edilmir.
Türk Dövlətləri
Türkiyənin Milli Müdafiə Nazirliyi (MN): İrandan atılıb Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizindəki NATO qüvvələri tərəfindən zərərsizləşdirilib. Sursatın bəzi parçaları Qaziantepdə boş əraziyə düşüb.
Türkiyənin Dənizlinin şəhərinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.
"İmamoğlu mütəşəkkil cinayətkar dəstəsi"nə yönəlik 105-i həbsdə olmaqla, ümumilikdə 407 müttəhim barəsində açılan məhkəmə işinin ilk iclası bu gün başlayır. Məhkəmə prosesinin aprel ayının sonuna qədər həftənin 4 günü davam etməsi planlaşdırılır. İstanbul 40-cı Ağır Cinayətlər Məhkəməsinin 1-ci heyəti tərəfindən Silivridəki Mərmərə Açıq Həbsxana Kompleksinin məhkəmə zalları binasında keçiriləcək mühakimə prosesində aprel ayının sonunadək bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri iclaslar keçiriləcək. Məhkəmənin ilk günündə müttəhimlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, ittihamnamənin xülasəsinin oxunması və müdafiə çıxışlarının alınması gözlənilir.
Türkiyə Xarici işlər naziri Hakan Fidan və Milli müdafiə naziri Yaşar Gülər ABŞ və İsrailin İrana hücumları, Yaxın Şərqdə cərəyan edən hadisələr və Türkiyənin gördüyü tədbirlərlə bağlı 10 mart çərşənbə axşamı günü Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasını məlumatlandıracaq.
Türkiyənin Milli Müdafiə Nazirliyinə istinad edən mənbələr son regional hadisələr fonunda Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin təmin olunması məqsədilə mərhələli planlaşdırmanın aparıldığını açıqlayıb. Bildirilib ki, müzakirə edilən variantlardan biri F-16 qırıcı təyyarələrinin adada yerləşdirilməsi məsələsidir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezenformasiya ilə Mübarizə Mərkəzi (DMM), son günlər nazirliklərə edilən yeni təyinatlarla bağlı yaranan şayiələrə aydınlıq gətirib. Sosial media üzərindən yayılan və regional gərginlikləri əsas gətirərək "ölkənin müharibəyə hazırlaşdığı" yönündəki iddiaların heç bir həqiqəti əks etdirmədiyi rəsmən bəyan edilib.
Suriya dövlət başçısının təhlükəsizliyi ilə bağlı Türkiyənin Britaniya kəşfiyyatından yardım istədiyi barədə yayılan iddialar rəsmi səviyyədə təkzib edilib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bəzi xarici xəbər agentliklərində yayılan “Türkiyə Britaniyanın xarici kəşfiyyat xidməti MI6-dan Suriya dövlət başçısı Əhməd əş Şəraanın qorunmasının gücləndirilməsini istəyib” iddiasının əsassız olduğu bildirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya baş naziri Georgia Meloni ilə telefon görüşməsi keçirib. Liderlər görüş zamanı Türkiyə–İtaliya ikitərəfli əlaqələri ilə yanaşı, regionda davam edən münaqişəli proseslərin gedişatı başda olmaqla, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İtaliya arasındakı əməkdaşlığı ticarət sahəsi başda olmaqla, hər bir istiqamətdə daha da irəliyə aparmaq üçün çalışdıqlarını ifadə edib.
Türkiyənin Balıkesir şəhərinin Sındırqı rayonunda 3,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 6,79 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran regionda baş verən son hadisələrdən sonra Türkiyəni hədəf alan dezinformasiya və psixoloji əməliyyat fəaliyyətlərinə qarşı qətiyyətli addımların atıldığını açıqlayıb. Duran bildirib ki, xüsusilə İrana qarşı hərbi əməliyyatların başladığı ilk anlardan etibarən bəzi sosial media hesabları vasitəsilə cəmiyyətdə qorxu, təşviş və inamsızlıq yaratmaq məqsədilə sistemli paylaşımlar edildiyi müəyyən olunub. Bu rəqəmsal manipulyasiya cəhdlərinin qarşısını almaq məqsədilə daxili cəbhəni hədəf alan 41 sosial media hesabına (X, Facebook və Instagram) giriş məhdudlaşdırılıb, həmçinin 75 provokativ məzmun rəqəmsal platformalardan tamamilə silinib.
Türkiyənin Antalya şəhərinin Kaş rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 12,5 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.