BAKI, VOA, Nailə Babazadə
Türkiyənin Antalya şəhərinin Kaş rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
VOA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.
Bildirilib ki, zəlzələ yerin təxminən 12,5 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.
Aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır.