Türk Dövlətləri

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İsrailin müdafiə naziri İsrael Katz tərəfindən səsləndirilən Qüdslə bağlı açıqlamalara sərt reaksiya verib. Nazir bildirib ki, Türkiyə Fələstin məsələsinə və Qüdsün statusuna dair mövqeyindən geri çəkilməyəcək və bu həssaslığın heç kim tərəfindən sorğulanmasına imkan verməyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim böhranının təsirlərinin müharibələr və qlobal epidemiyalar qədər ciddi təhlükə yaratdığını bildirib. O, Sıfır Tullantı Forumu çərçivəsində çıxış edərək iqlim dəyişikliyinin artıq təkcə ekoloji məsələ deyil, bütün bəşəriyyəti əhatə edən qlobal böhran olduğunu vurğulayıb. Ərdoğan çıxışında qeyd edib ki, iqlim böhranının təsirlərini minimuma endirmək üçün müxtəlif istiqamətlərdə tədbirlər görülür. O, bu sahədə aparılan işlərin davam etdiriləcəyini bildirib və gələcək beynəlxalq tədbirlərdə bu mövzunun əsas gündəm olacağını deyib.

Türkiyədə mikromobillik və rəqəmsal nəqliyyat sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan Martı 2018-ci ildə sahibkarlar Oğuz Alper Öktem və Sena Öktem tərəfindən yaradılıb. Şirkət elektrikli skuterlərin, elektrikli velosipedlərin, elektrikli mopedlərin və paylaşılmış nəqliyyat xidmətlərinin təqdim edilməsi istiqamətində fəaliyyət göstərir.

İyunun 5-də Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin paytaxtı Dəkkədə Banqladeş xarici işlər naziri Xalilur Rəhman ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxış edərək rohinya müsəlmanları probleminin uzunmüddətli, ədalətli və dayanıqlı şəkildə həll olunması üçün Ankara tərəfindən beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparıldığını bildirib.

Rəsmi statistikaya əsasən, qiymətlər ötən ilin dekabr ayı ilə müqayisədə 16,61 faiz yüksəlib. Son on iki aylıq orta göstərici üzrə inflyasiya isə 32,24 faiz olaraq qeydə alınıb. Açıqlanan inflyasiya göstəriciləri dövlət qulluqçularının əməkhaqlarına, pensiyalara, minimum əməkhaqqına ediləcək mümkün artımlara, eləcə də kirayə bazarına təsir göstərə biləcək əsas iqtisadi göstəricilərdən biri hesab olunur.

Rəcəb Tayyib Ərdoğan və Nijer Prezidenti Abdurrahman Tchiani arasında görüşlərdə Afrika ölkələri ilə əlaqələrin inkişafı, kənd təsərrüfatı, enerji, təhlükəsizlik, savunma sənayesi, təhsil, səhiyyə və infrastruktur sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Görüşlərdə Dostluq Xəstəxanası və Dostluq Məktəbi layihələrinin regiona töhfəsi, qadınların səhiyyə imkanlarının artırılması, təhlükəsizlik və terrora qarşı birgə mübarizə məsələləri diqqət mərkəzində olub.