Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi ilə görüşüb

    24 Yanvar 2026 09:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib.

    AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

    Görüş çərçivəsində Fondun prezidenti təşkilatın təşəbbüslərinin beynəlxalq səviyyədə təşviqində göstərdiyi fəal dəstək və köməkliyə görə Qırğız Respublikasının YUNESKO üzrə Milli Komissiyasına minnətdarlığını bildirib. Öz növbəsində, baş katib Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Türk dünyasının zəngin mədəni irsinin dünya miqyasında tanıdılması və təşviqi məqsədilə YUNESKO ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində təşkilat tərəfindən həyata keçirilən sistemli və ardıcıl səyləri yüksək qiymətləndirib.

    Qeyd etmək lazımdır ki, 2024-2025-ci illər ərzində Fondun himayəsi altında Türk ölkələrinin YUNESKO yanındakı daimi nümayəndəlikləri və Milli Komissiyaları, habelə Türk dövlətlərinin müvafiq hökumət qurumları ilə əməkdaşlıq şəraitində ilk dəfə olaraq YUNESKO-nun Parisdəki (Fransa) mənzil-qərargahında bir sıra mühüm tədbirlər təşkil edilmişdir. Bunlara: Mahmud Kaşğari-Barskaninin əvəzsiz əsərinə həsr olunmuş “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” beynəlxalq konfransı; böyük qazax bəstəkarı və dirijoru Nurgisa Tlendiyevin 100 illik yubileyi münasibətilə təşkil olunmuş “İlham mənbələri: Nurqisa Tlendiyevin irsi” sərgisi; Türk dünyasının görkəmli memarının memarlıq irsinə həsr olunmuş sərgi ilə müşayiət olunan “Azərbaycan memarlıq irsinin dühası: Əcəmi Naxçıvani – 900” kitabının təqdimatı daxildir.

    Yuxarıda qeyd olunan bütün yubiley tarixləri YUNESKO-nun əlamətdar günlər siyahısına daxil edilmişdir. Bundan əlavə, Fond YUNESKO ilə əməkdaşlıq çərçivəsində YUNESKO-nun mənzil-qərargahında “Ayıtış / Aytıs” ənənəsinin YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə xüsusi layihə, eləcə də “Çingiz Aytmatov və YUNESKO: dünyanı birləşdirən ortaq irs” mövzusunda beynəlxalq konfrans təşkil etmişdir.

    Fondun dəstəyi ilə Türk qeyri-maddi mədəni irs elementlərinin – “Alpamış Batır” dastanı və “Qurama” sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına çoxmillətli nominasiya kimi daxil edilməsi üçün müraciətlər təqdim edilmişdir.

    Səmərqənddə YUNESKO-nun 43-cü Baş Konfransında Fondun fəaliyyətinin uğurlu və yüksək rəğbətlə qarşılanan təqdimatı Fondun fəaliyyətində mühüm mərhələ olmuşdur. Bu təqdimat təşkilatın beynəlxalq imicinin güclənməsinə və Türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliğinin qlobal əhəmiyyətinin artmasına töhfə vermişdir.

    #Qırğızıstan #Fransa #YUNESKO #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Paris #Sabira Soltongeldiyeva
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    22 İyul 2026 03:00

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    21 İyul 2026 21:52

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    21 İyul 2026 19:22

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    20 İyul 2026 22:46

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    20 İyul 2026 21:58

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    18 İyul 2026 11:50

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

    15 İyul 2026 14:53

    Almaniya, Fransa və Böyük Britaniya İranın Körfəz hücumlarını pisləyib

    13 İyul 2026 19:33

    Rusiya BMT-də Britaniya, Fransa və Almaniyanı İran məsələsinə görə tənqid edib

    10 İyul 2026 20:04

    Fransa BMT Təhlükəsizlik Şurasında İranı tənqid edib - “Hörmüz boğazı açılmalıdır”

    10 İyul 2026 19:48

    Fransa Hörmüzə alternativ neft yolu kimi Suriyanı araşdırır

    9 İyul 2026 20:52
    XƏBƏR LENTİ

    Elə bil dünən idi…

    "Terrorsuz Türkiyə" prosesi Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.