#Türk Mədəniyyəti və İrsi Fondu

28 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Özbəkistan Milli İnformasiya Agentliyinin (UZA) Baş direktoru cənab Abdusaid Kuçimov ilə görüşüb. Görüş zamanı tərəflər Fond ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında əməkdaşlığın perspektivlərini müzakirə edərək, türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş beynəlxalq mədəni-humanitar layihə və təşəbbüslərin informasiya dəstəyinə xüsusi diqqət yetiriblər.

17 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Macarıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova ilə görüşüb. Fondun rəhbəri Esmira Cəfərovanı təyinatı münasibəti ilə təbrik edərək, ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edib. O, Fondun prezidenti Aktotı Raimkulova ilə görüş keçirərək təşkilatın fəaliyyəti ilə tanış olub. Görüşdə Türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr müzakirə edilib. Tərəflər sentyabr ayında keçiriləcək Bakı İqlim Həftəsində Fondun iştirakını da müzakirə ediblər. Nigar Arpadarai mədəni irs və ekologiya mövzularının bir araya gətirilməsini innovativ yanaşma kimi qiymətləndirib. Həmçinin mədəni irsin davamlı inkişaf, şəhərsalma və ətraf mühitin qorunması ilə əlaqələndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər birgə təşəbbüslərin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu İslam dünyasının elmi, mədəni və mənəvi irsinin qorunmasına həsr olunub. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova çıxış edərək İslam və Türk sivilizasiyalarının bəşəriyyətin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. O, Özbəkistanın sivilizasiyalararası dialoq sahəsində mühüm mövqeyə malik olduğunu vurğulayıb. Çıxış zamanı Fondun beynəlxalq təşkilatlarla həyata keçirdiyi əməkdaşlıq layihələri barədə də məlumat verilib. Forum çərçivəsində mədəni irsin qorunması, maarifçilik və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunur. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu alimlər və ekspertlər tədbirdə iştirak edərək fikir mübadiləsi aparırlar. Forumun İslam sivilizasiyasının zəngin irsinin gələcək nəsillərə çatdırılmasına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

30 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində Fond tərəfindən nəşr edilmiş, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları zərbaycan, qazax və rus dillərində hazırlanmış “Birinci Türkoloji Qurultay” kitabının təqdimat mərasimi keçirilib.

29 iyun – 3 iyul 2026-cı il tarixlərində Azərbaycanda keçiriləcək Türk Dünyası Həftəsi çərçivəsində “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib. Konfrans Bakı Dövlət Universitetinin təqdimatında təşkil olunaraq və türk dillərinin, ədəbiyyatının və tarixinin müasir dövrün çağırışları fonunda tədrisi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və ortaq akademik yanaşmaların formalaşdırılması məsələlərinə həsr edilib.