"Qədim palçıq məscidləri İslam dünyasının zəngin memarlıq irsinin mühüm nümunələridir və əsrlər boyu həm dini, həm də mədəni əhəmiyyətini qoruyub saxlamışdır."
#YUNESKO
Anadolu sivilizasiyalarının minillik izlərini daşıyan bu marşrutlar həm peşəkar alpinistlər, həm də tarix həvəskarları üçün bənzərsiz təcrübə vəd edir. Likiya, Kariya, Xet və Friqiya imperiyalarının qədim yolları bu gün müasir infrastrukturla birləşərək səyahətçiləri keçmişə aparır.
Yalçın Rəfiyev 30 aprel – 1 may tarixlərində Fransanın Paris şəhərində səfərdə olub.
Amazon — Yer kürəsinin ən sirli, ən vəhşi və eyni zamanda ən təhlükəli guşələrindən biri hesab olunur. Cənubi Amerika qitəsinin qəlbində döyünən bu nəhəng arteriya, minlərlə kilometr uzanan tropik meşələri və bulanıq suları ilə həm heyranlıq doğurur, həm də daxili bir qorxu hissi yaradır.
21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
1-2 dekabr 2025-ci il YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolu üzrə 16-cı iclası keçirilib.
Yeni araşdırmalar göstərir ki, dünyanın ən qədim, fasiləsiz fəaliyyət göstərən universitetini bir müsəlman qadın - Fatimə əl-Fihri yaratmışdır. Tarixçilərin fikrincə, Qəraviyyin Universiteti təkcə İslam dünyasında deyil, ümumdünya təhsil tarixində xüsusi yer tutur.
4 noyabr 2025-ci il tarixində, Səmərqənd (Özbəkistan) şəhərində YUNESKO-nun Baş Konfransının 43-cü sessiyasının platformasında Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatı keçirilib.
4 noyabr 2025-ci il tarixində Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün mühüm əhəmiyyətə malik tarixi təqdimat baş tutacaq. Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının zəngin mirasını əks etdirən iki böyük layihəni beynəlxalq auditoriyaya təqdim edəcək.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Məxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılan Məxdumqulu Fəraqi “Aşiq Olmuşam” kitabının təqdimat mərasimi keçirilib. Tədbir, Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutub.
2025-ci ilin 07 oktyabr tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra Milli İnam Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, şahzadə Dana Firasın himayədarlığı altında "Əsrlərin Sədası: Azərbaycan Musiqi Alətləri" adlı sərginin açılış mərasimi keçirilib.