Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Zəlzələ bölgəsinə 20 milyon lirə vəsait ayrılıb - Nazir Yerlikaya

    11 Avqust 2025 12:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zəlzələ bölgəsinə 20 milyon lirə vəsait ayrılıb - Nazir Yerlikaya
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırgı rayonunda baş verən zəlzələ ilə bağlı mətbuat açıqlaması verib.

    AzerVoice xəbər verir ki,nazir öz çıxışında bildirib ki, dəymiş ziyanı müəyyənləşdirmə üçün bölgədə 7 mərkəzi məhəllədə 16 komanda, 63 kənddə isə 34 komanda olmaqla ümumilikdə 50 komanda fəaliyyət göstərir.

    Bundan əlavə, axtarış-xilasetmə işlərinə min 100 nəfərlik personal, 11 axtarış iti və 214 texnika və vasitə cəlb edilib.

    Yerlikaya həmçinin bildirib ki, təcili xərclər üçün 20 milyon lirə məbləğində vəsait ayrılıb.

    Zəlzələ nəticəsində Alacaatlı kəndində 7-si istifadəsiz olmaqla 9 bina, Gölcük kəndində isə 4-ü istifadəsiz olmaqla 6 bina tamamilə dağılıb.

    Qeyd edək ki, Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib.

    AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

    Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

    Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 81 yaşlı bir vətəndaş xilas edilsə də, bütün müdaxilələrə baxmayaraq vəfat edib. Ümumilikdə 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, lakin yaralıların həyati təhlükəsi yoxdur.

    Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu sosial media üzərindən açıqlamasında 4 yaralının müalicəsinin xəstəxanalarda davam etdiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.

    Zəlzələ nəticəsində 68 kənddə 16 bina dağılıb, lakin içərisində insan olan 4 binadan sakinlər sağ-salamat xilas ola biliblər.

    Türkiyə Çevrə və Şəhərsalma Naziri Murat Kurum bildirib ki, əraziyə göndərilən qruplar hasar tespiti işlərinə başlayıb və hər bir məlumat diqqətlə dəyərləndirilir.

    AFAD isə vətəndaşlara zədələnmiş binalara daxil olmamağı, yalnız rəsmi mənbələrə etibar etməyi və mümkün qədər SMS və internet əsaslı mesajlaşma vasitələrindən istifadə etməyi tövsiyə edib.

    AFAD, zəlzələdən dərhal sonra “Türkiyə Afet Müdahale Planı” (TAMP)-ın aktivləşdirildiyini, müxtəlif bölgələrdən yardım və axtarış-xilasetmə qruplarının əraziyə cəlb edildiyini bildirib.

    Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Burhanettin Duran, dezinformasiyaya qarşı xəbərdarlıq edərək, yalnız rəsmi məlumatlara etibar edilməsinin vacibliyini vurğulayıb.

    #Türkiyə Səhiyyə Nazirliyi #AFAD #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #zəlzələ #Murat Kurum #Balıkesir #Kemal Memişoğlu #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #Zəlzələlərin siyasi təsiri #seysmik hadisələr #Seysmik aktivlik #Türkiyədə zəlzələ 2025 #Türkiyənin aktiv zəlzələ zonaları #Türkiyə Fəlakətlərə Müdaxilə Planı (TAMP)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

    11 İyul 2026 22:35

    İnterpol əməliyyatı: 54 axtarışda olan şəxs Türkiyəyə gətirildi

    10 İyul 2026 13:39

    NATO Ankara Zirvəsi zamanı axtarışda olan 4 mindən çox insan saxlanılıb

    9 İyul 2026 11:57

    İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

    3 İyul 2026 11:39

    Türkiyənin daxili işlər naziri Suriyaya gedir

    30 İyun 2026 11:31

    ABŞ rəsmiləri Maria Korina Maçadonun Venesuelaya qayıdış planından narazıdır

    27 İyun 2026 20:19

    Venesuela zəlzələ bölgəsinə 1600 xarici xilasedici cəlb edib

    27 İyun 2026 19:41

    Hindu Kuş bölgəsində güclü zəlzələ Əfqanıstan və Pakistanda hiss olunub

    27 İyun 2026 19:21

    Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 589-a çatıb

    26 İyun 2026 17:50

    Venesuelada ölənlərin sayı 235-i keçdi, beynəlxalq yardım səfərbər olunub

    26 İyun 2026 09:34

    Kanada Venesuelaya humanitar yardım göndərəcəyini açıqlayıb

    25 İyun 2026 22:46

    Antonio Quterreş Venesuelaya BMT-nin dəstəyini vəd edib

    25 İyun 2026 22:29
    XƏBƏR LENTİ

    Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 23 milyondan çox sərnişin (ÖZƏL)

    Yunanıstan mətbuatı: Türkiyə ilə Misirin müdafiə sahəsində yaxınlaşması Afinada narahatlıq yaradır

    Türkiyənin keçmiş ABŞ səfiri: Obama administrasiyası 15 iyul çevriliş cəhdinə lazımi reaksiya vermədi

    Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı xeyli artıb (ÖZƏL)

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.