BAKI,VOA, Fərid Mikayılov
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərindən sonra yaranmış proseslərə toxunaraq, təbii fəlakətdən şəxsi maraqlar üçün istifadə edənlərin məsuliyyətə cəlb edildiyini bildirib.
VOA xəbər verir ki, Ərdoğan çıxışında deyib ki, son dövrlərdə üzə çıxan məlumat və sənədlər 6 fevral zəlzələləri zamanı dövlətə və xalqa qarşı müxtəlif manipulyasiya cəhdlərinin edildiyini göstərir.
O bildirib ki, zəlzələdən istifadə edərək fürsətçilik edən şəxslər hazırda qanun qarşısında cavab verirlər və bu prosesdə müxtəlif qanunsuz əlaqələr də üzə çıxır.
Ərdoğan vurğulayıb ki, hüquqi çərçivədə görülməsi zəruri olan bütün addımlar atılacaq və araşdırmaların nəticəsindən asılı olmayaraq qanunun aliliyi təmin ediləcək.
Türkiyə lideri əlavə edib ki, bundan sonra cəmiyyətdə gərginlik, qütbləşmə, qorxu və narahatlıq yaratmaq, eləcə də mövcud vəziyyətdən dövlətə qarşı istifadə etmək istəyənlərə imkan verilməyəcək.