#Murat Kurum

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Pekində Çinin Mənzil və Şəhər-Kənd İnkişaf naziri Ni Honq ilə görüşüb. Qurum iki ölkənin urbanizasiya və yaşayış sahəsində işçi qrupunun yaradılması və anlaşma memorandumu imzalanması barədə qərar qəbul etdiyini də açıqlayıb.

Türkiyə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının ən yüksək qərar orqanı olan COP (Taraflar Konfransı)-na tarixində ilk dəfə başçılıq etməyə hazırlaşır. Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum, Prezident Recep Tayyip Erdoğanın qərarı ilə COP31-ə prezident olaraq təyin edilib. Murat Kurum sosial media hesabında paylaşdığı açıqlamada, COP31 prezidenti seçilməsinin onun üçün böyük bir şərəf olduğunu bildirib. Nazir vurğulayıb ki, Türkiyənin COP31-ə ev sahibliyi qlobal iqlim siyasətində müəyyənedici rolunu artırır və ölkəni iqlim dəyişikliyi ilə mübarizədə yol göstərən aktor vəziyyətinə gətirir.

Sındırğıda baş verən zəlzələdən sonra aparılan zərər müəyyənləşdirmə işləri başa çatıb. Ümumilikdə 607-si yaşayış evi, 93-ü isə iş yeri olmaqla 760 müstəqil bölmənin zərər gördüyü müəyyən edilib. Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum bildirib ki, Sındırğı zəlzələsindən sonra bütün binalar yenidən yoxlanılıb və 32 min müstəqil bölməni əhatə edən zərər müəyyənləşdirmə işləri tamamlanıb.

Türkiyənin Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum, vətəndaşlara faizsiz ev, avtomobil və iş yeri əldə etmək imkanı təqdim edən yeni sistemi tanıdıb. “Emlak Katılım” dövlət qurumunun iştirakçılığı ilə həyata keçirilən bu sistem vasitəsilə, Türkiyədə ilk dəfə olaraq bir dövlət bankı maliyyələşdirmə sektoruna daxil olub. Nazir Murat Kurum yeni sistemin ən mühüm xüsusiyyətinin faizsiz olması olduğunu vurğulayaraq, “Hər şeydən əvvəl bu sistemdə qətiyyən faiz yoxdur, birbaşa dövlət zəmanəti vardır” deyə bildirib.

Mərasimdə ümumilikdə 54 min 200 müstəqil bölmənin təhvil verilməsi nəzərdə tutulur. Bunlara 43 min 727 mənzil, 4 min 69 iş yeri və 6 min 404 kənd evi daxildir. Tədbir çərçivəsində Hatay, Kahramanmaraş və Adıyaman şəhərləri ilə canlı bağlantı da qurulacaq.

Türkiyədə Balıkəsirdə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. bugün yerli vaxtla saat 6:46 radələrində Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdə hazırda hər hansl bir itkinin olub-olmadığı barədə məlumat verilmir. Yerli qurumlar və AFAD vəziyyəti izləyir.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Balıkesirdə baş verən zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb. O, bölgədə aparılan araşdırmalar nəticəsində 152 binada yerləşən 265 müstəqil bölmənin ya tamamilə dağıldığını, ya da ağır zərər gördüyünü bildirib. Manisa vilayətində isə 41 binada yerləşən 53 müstəqil bölmənin ağır ziyan gördüyü müəyyən edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırgı rayonunda baş verən zəlzələ ilə bağlı mətbuat açıqlaması verib. Nazir öz çıxışında bildirib ki, dəymiş ziyanı müəyyənləşdirmə üçün bölgədə 7 mərkəzi məhəllədə 16 komanda, 63 kənddə isə 34 komanda olmaqla ümumilikdə 50 komanda fəaliyyət göstərir. Bundan əlavə, axtarış-xilasetmə işlərinə min 100 nəfərlik personal, 11 axtarış iti və 214 texnika və vasitə cəlb edilib. Yerlikaya həmçinin bildirib ki, təcili xərclər üçün 20 milyon lirə məbləğində vəsait ayrılıb. Zəlzələ nəticəsində Alacaatlı kəndində 7-si istifadəsiz olmaqla 9 bina, Gölcük kəndində isə 4-ü istifadəsiz olmaqla 6 bina tamamilə dağılıb.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.