BAKI,VOA, Fərid Mikayılov
Türkiyənin Dərincə rayonunda Gənclər İdman Təhsil Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib. Kocaeli Bələdiyyəsi tərəfindən verilən məlumata görə, layihə 43 min kvadratmetrlik ərazidə 2 min 200 kvadratmetrlik gənclər mərkəzinin inşasını nəzərdə tutur.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məlumata əsasən, tikinti işlərinin müddəti yer təhvil verildiyi tarixdən etibarən 365 təqvim günü olacaq. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində işlərə başlanılması planlaşdırılır.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 2 iyun 2026-ci il tarixinə qədər "Kozluk Mah. Sümer Sok. No:20 İzmit/Kocaeli" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir